adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Fevral 2021 22:00
44718
KRİMİNAL
A- A+

Azərbaycanda 4 tona yaxın narkotik vasitə müsadirə edilib

2020-ci ildə Azərbaycanda 3758,4 kiloqram narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Trend-in məlumatına görə, bu rəqəm ötən ilin göstəricisindən 13,3 faiz çoxdur. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 2341,1 kiloqramını heroin, 904,5 kiloqramını marixuana, 277,9 kiloqramını tiryək, 65,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 1,3 kiloqramını kokain, 168,2 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.