BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu
Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti Baş katibinin seçilməsi ilə bağlı Təhlükəsizlik Şurasında keçirilən son gizli qeyri-rəsmi səsvermə nəticəsiz başa çatıb.
Adalet.az xəbər verir ki, təşkilatın 10 illik rəhbəri Antonio Quterreşin xələfini müəyyənləşdirmək üçün keçirilən səsvermədə 7 namizəddən heç biri Təhlükəsizlik Şurasının veto hüququna malik 5 daimi üzvünün (ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa) hamısının dəstəyini qazana bilməyib.
Şuranın 15 üzvünün iştirak etdiyi səsvermədə bu dəfə daimi üzvlərin mövqeyini fərqləndirmək üçün xüsusi qırmızı bülletenlərdən istifadə olunub. Diplomatik mənbələrin verdiyi məlumata görə, ən çox səs toplayan üç əsas namizəd - Kosta-Rikadan olan BMT rəsmisi Rebeka Qrinspan, Argentinadan olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi və Qayananın BMT-dəki səfiri Karolin Rodriqes Birkett hərəsi daimi üzvlərdən ən azı 2 mənfi rəy alıblar.
Diplomatik ənənəyə görə növbəti Baş katib postunun Latın Amerikası regionuna verilməsi və təşkilatın tarixində ilk dəfə qadın rəhbərin seçilməsi gözlənilir. Lakin Vaşinqton əsas meyarın regional rotasiya deyil, peşəkarlıq olduğunu bildirir.
Mövcud namizədlərin heç birinin səs ala bilməməsi fonunda prosesə tamamilə yeni namizədlərin qoşulacağı gözlənilir. Növbəti qeyri-rəsmi səsvermə gələn həftə keçiriləcək və ilin sonunadək yekun qərar veriləcək.
Digər Xəbərlər
17 Oktyabr 2026 09:51
Baydenlə oğlunu korrupsiyada ittiham etdi
17 Oktyabr 2026 09:44
İran Hörmüzün açılması üçün şərtini açıqladı
17 Oktyabr 2026 09:21
Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib
17 Oktyabr 2026 09:10
İstanbulda yağış 5 nəfərin həyatına son qoydu
17 Oktyabr 2026 08:56
Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
17 Oktyabr 2026 00:17
Müharibə hamının düşündüyündən daha tez bitəcək - Tramp
16 Oktyabr 2026 23:51
İstanbulda yağışa görə imtahanlar dayandırıldı
16 Oktyabr 2026 23:44


Bakı -°C

