Telli Pənahqızı: “İnsanlar maariflənməli, inkişaf etməlidir, cəhalətdə boğulmamalıdır”
Biz müasir dünyanın sürətlə dəyişdiyi, inkişaf etdiyi bir dövrdə yaşayıyıq. Qara çadraya, nadanlığa, cəhalətə əlvida dediyimiz vaxtlarda qadınların azadlığı, savadlanması, müasirləşməsi uğrunda mübarizə aparan aydınlarımızın xidmətini, zəhmətini bu gün ehtiramla xatırlayırıq. Elmimiz, zəkamız, müasir düşüncə tərzimizlə bir çox xalqlara nümunəyik. Vahid məktəbli geyimimiz var, çox da müasir və dəbli görünür.
Bu sözləri Adalet.az-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, publisist Telli Pənahqızı söyləyib. Onun sözlərinə görə, məktəbə çadra ilə gəlmək müasir dünyəvi bir dövlət üçün məqbul deyil:
“Dünya ölkələri kosmosda həyat qurur. Dünya alimləri böyük kəşflərə imza atırlar, biz isə övladlarımızı xurafata, cəhalətə sürükləyirik. Məktəb təhsil alıb inkişaf etmək üçündür, mədrəsə deyil. Biz çadranın qadınlar üçün təkcə qara bürünəcək deyil ,həm də dünyadan, inkişafdan təcrid edilib “ev işi, paltar tikişi, köhnə yamaq, yun daramaq!” məcburiyyətinin “dəbdə” olduğu dönəmində yaşayan ulu nənələrimizin də yaşantılarını bədii əsərlərdən oxumuşuq. İndi yenidən geri dönməyin nə mənası var? Belə valideynlər nə düşünür, qız övladlarını hansı gələcəyə hazırlayırlar? O mərhələni çoxdan keçmişik. Niyə geri qayıtmalıyıq ki?Dünyanın inkişaf etdiyi bir dövrdə biz niyə geri dönürük?
İnsanlar maariflənməli, inkişaf etməlidir, cəhalətdə boğulmamalıdır. O qara çadralara, baş örtüklərinə bürənən qız uşaqları əminəm ki, şəxsi istəkləri ilə bunu etmir.
Mən bir ziyalı kimi səslənirəm, məktəbli qızlarımız müasir tələblərə cavab verən vahid məktəbli geyimi ilə təhsil almalıdırlar. Bir insanın ibadəti, namazı, orucu özü üçündür. Bunu nümayiş etdirmək, cahillikdir, məqbul deyil. Qızlarımıza qara çadranı təbliğ etməkdənsə, ədəbiyyatı, mədəniyyəti təbliğ etmək lazımdır. Bu insanlar Mirzə Ələkbər Sabiri, Mirzə Fətəli Axundzadəni, Cəlil Məmmədquluzadəni oxusalar, bu qədər cahil düşüncədə olmazlar. Nənələrimiz belə çadra yox, örpək örtüblər.
Yaradana olan sevgimin çadra ilə heç bir əlaqəsi yoxdur. Vicdan, inam və əqidə kimi ali hisləri çadra ilə ölçmək düzgün fikir deyil. Dünyanın müasir tələbləri ilə uyğunlaşmaq daha vacibdir.
Mən həddindən artıq açıq geyinənlərin də əleyhinəyəm. Qadınlarımız müasir üslubda, ədəbli geyimlər geyinməlidir. Hər kəsin əzası özü üçün əzizdir və gözəldir. İnsan öz bədənini tanımalı və ona uyğun geyimlər seçməlidir.”
Əntiqə Kərimzadə
Digər Xəbərlər
13 Oktyabr 2026 10:33
Özge Gürel: Bu işə başlayarkən, bu hekayəni danışarkən çox qorxurdum
13 Oktyabr 2026 08:55
Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər
12 Oktyabr 2026 23:32
Bakıda Yuli Qusmanın adı əbədiləşdirildi - FOTOLAR
07 Oktyabr 2026 14:29


Bakı -°C

