Stiven Cerrard İngiltərə klubunun baş məşqçisi ola bilər
Futbol üzrə İngiltərə millisinin sabiq futbolçusu Stiven Cerrard Çempionşip təmsilçisi "Reksem"i çalışdıra bilər.
Adalet.az-ın məlumatına görə, bu barədə "talkSPORT" nəşri xəbər yayıb.
Adıçəkilən klub 46 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. Cerrard özü də aşağı dəstə komandasında işləməyin əleyhinə deyil.
Hazırda uğursuz nəticələrlə üzləşən "Reksem"də baş məşqçi Fil Parkinsonun gələcəyi sual altındadır. Klub rəhbərliyinin onunla yolları ayıracağı istisna edilmir.
Qeyd edək ki, "Reksem" Çempionşipdə 10 turdan sonra 11 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Stiven Cerrard 1998-ci ildən 2015-ci ilə qədər "Liverpul"un formasını geyinib. O, baş məşqçi kimi "Aston Villa"da çalışıb.
Digər Xəbərlər
16 Oktyabr 2026 17:06
"Şamaxı" "Şəfa"ya qalib gəldi
16 Oktyabr 2026 09:23
Avropa Liqası: "Beşiktaş" "Hoffenhaym"ı məğlub etdi
15 Oktyabr 2026 10:56
"Qarabağ" - "Neftçi" oyununu Kamal Umudlu idarə edəcək
15 Oktyabr 2026 09:20
Avropa Liqası: Bu gün 18 matç var
15 Oktyabr 2026 07:25
“Aston Villa”dan darmadağın, “Real”dan geridönüş - ÇL-də gecənin nəticələri
14 Oktyabr 2026 17:00
“Traktor” FK-dan İrandakı türklərlə bağlı paylaşım: “Niyə İran olanda susursunuz?”
14 Oktyabr 2026 07:12
Çempionlar Liqası: "Barselona" səfərdə, "Arsenal" ev oyununda qalib gəlib
13 Oktyabr 2026 23:36


Bakı -°C

