adalet.az header logo
  • Bakı -°C
16 Oktyabr 2026 12:22
65
MƏMLƏKƏT
A- A+

İstehsalçılar ətraf mühitə təsirin qiymətləndirilməsini özləri müəyyən edəcəklər

Azərbaycanda istehsalçılar özləri ətraf mühitə təsirin qiymətləndirilməsi prosesini müəyyən edəcəklər.

Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif edilən dəyişiklikdə qeyd edilib.

Sənədə əsasən, istehsalat sektorunda fəaliyyət göstərən hüquqi şəxslərin ətraf mühit və sosial təsirlərə dair məlumatların açıqlığının artırılmasına, ətraf mühit mühafizəsi sahəsində nəzarət mexanizmlərinin gücləndirilməsinə və ictimaiyyətin bu proseslər barədə daha dolğun məlumatlar əldə etməsinə şərait yaradılır.

Ətraf mühitə təsiri olan fəaliyyəti həyata keçirilən hər bir müəssisə, istehsal müəssisəsi məsuliyyət daşıyacaq. Ölçü cihazlarının doğru olmasına dövlət orqanları nəzarət edəcək. Vətəndaşlar yalnız ildə bir dəfə hesabat verəcəklər.

Bu qanun layihəsinə əsasən, monitorinqin nəticələri üzrə illik hesabat hazırlanmalı, növbəti ilin fevral ayının 1-dək aidiyyəti orqana təqdim edilməlidir. Fəaliyyət göstərən müəssisələrin ətraf mühitə təsiri barədə məlumatların sistemli şəkildə toplanması, təhlil edilməsi və dövlət nəzarəti üçün istifadə olunması mümkün olacaq.

Qanun layihəsi ilə istehsalat monitorinqindən istifadə olunan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi, onların müvafiq yoxlamadan keçirilməsi ilə bağlı tələblər müəyyən olunacaq.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.