Putindən tapşırıq: Ukraynaya kütləvi hücum edilsin!
Prezident Vladimir Putin Rusiya qoşunlarına Ukraynanın hərbi sənaye kompleksi obyektlərinə və logistika mərkəzlərinə kütləvi və qrup zərbələrinin endirilməsini davam etdirməyi tapşırıb.
Adalet.az xəbər verir ki, Rusiya dövlətinin başçısı bunu Birləşmiş Qoşun Qruplaşmasının yardımçı idarəetmə məntəqəsinə səfəri zamanı bildirib.
Putin Donetsk vilayətinin bütün ərazisinə nəzarətin təmin olunmasını Rusiya qoşunlarının əsas vəzifələrindən biri adlandırıb. Onun sözlərinə görə, “Mərkəz” qoşun qruplaşmasının Dobropolye şəhərini nəzarətə götürməsi bu vəzifənin yerinə yetirilməsi istiqamətində mühüm addımdır.
Rusiya dövlətinin başçısı, həmçinin bildirib ki, Ukrayna qüvvələri Rusiyanın Kursk vilayətinə daxil olmasından sonra Rusiya ordusuna onları ölkə ərazisindən çıxarmaq və qonşu ərazidə təhlükəsizlik zonası yaratmaq tapşırığı verilib: “Məqsədimiz gələcəkdə Rusiyanın sərhədyanı ərazilərinin tam təhlükəsizliyini təmin etməkdir. Biz bunu Ukrayna ilə mümkün sülh danışıqlarının müzakirə predmetinə çevirməyi planlaşdırmırıq”, – deyə Putin vurğulayıb.
Rusiya Prezidenti, həmçinin Luqansk vilayətinin tamamilə Rusiya nəzarəti altında olduğunu bəyan edib.
Digər Xəbərlər
16 Oktyabr 2026 23:51
İstanbulda yağışa görə imtahanlar dayandırıldı
16 Oktyabr 2026 23:44
Ağ Ev Keti Zakariya ilə bağlı müəmmaya aydınlıq gətirdi
16 Oktyabr 2026 23:10
Britaniyalı generaldan müharibə xəbərdarlığı: Hazır olun!
16 Oktyabr 2026 21:10


Bakı -°C

