"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar
"TikTok" sosial şəbəkəsində nalayiq ifadə işlədənlər saxlanılıblar.
Adalet.az Lent.az-a istinadla xəbər verir ki, biri 29, digər ikisi isə 33 yaşlarında olan həmkəndlilər kafedə yeyib-içdikdən sonra sərxoş halda "TikTok" platformasında canlı yayım açaraq nalayiq ifadələr işlədiblər, ictimai mənəviyyatı təhqir edən əməllərə yol veriblər.
Fakt əsasında hər üç şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya - telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Hadisə Ağcabədi rayonu, Hüsülü kəndində yerləşən kafedə baş verib. Yeyib-içəndən sonra sərxoş olan dostlardan biri canlı yayım açıb. Bu zaman digər ikisi canlı yayımda gedən söhbətə söyüşlə reaksiyalar veriblər. Lakin onların dediyinə görə, telefonun səsinin açıq olduğunu bilməyiblər. Hər üç adam törətdikləri əməldən peşman olduqlarını deyərək, barələrində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə onların hər biri 375 manat məbləğində inzibati qaydada cərimələnib.
Digər Xəbərlər
17 Noyabr 2026 13:05
Neftçalada quldurluq edən iki nəfər saxlanılıb
17 Noyabr 2026 11:49
İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
17 Noyabr 2026 10:15
Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı-Video-Yenilənib
16 Noyabr 2026 11:57
Maşının nömrəsini saxtalaşdırdı - Narkotik aludəçisi imiş - VİDEO
14 Noyabr 2026 00:30
Bakıda kafedə insident - Saxlanılanlar var - YENİLƏNİB
13 Noyabr 2026 19:58
Tələbələrin fotolarını süni intellektlə düzəldib şantaj etdi - Saxlanıldı - VİDEO
13 Noyabr 2026 17:45
Tovuzda hamilə qadın bıçaqlandı
13 Noyabr 2026 17:30


Bakı -°C

