adalet.az header logo
  • Bakı -°C
16 Oktyabr 2026 19:26
75
GÜNDƏM
A- A+

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib.

Bu barədə Adalet.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, readmissiya Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.

O da bildirilib ki, sentyabr ayında ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı DMX tərəfindən 144 qərar qəbul edilib.