adalet.az header logo
  • Bakı -°C
16 Oktyabr 2026 21:10
58
DÜNYA
A- A+

Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinə məruzəsində Donetsk və Zaporojye vilayətlərində bir sıra mühüm məntəqələrin nəzarətə götürüldüyünü açıqlayıb.

Adalet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Putin Birgə Qoşunlar Qruplaşmasının köməkçi idarəetmə məntəqəsində keçirdiyi müşavirədə bəyan edilib.

Məlumata görə, “Cənub” qoşun qruplaşması Donetsk vilayətində yerləşən Alekseyevo-Drujkovka şəhərini, “Mərkəz” qruplaşması isə Ukrayna ordusunun Dnepropetrovsk istiqamətindəki əsas müdafiə qovşaqlarından biri olan Dobropolye şəhərini nəzarətə götürüb. Gerasimov hazırda Dobropolyedə gizlənən ukraynalı hərbçilərin təmizlənməsi əməliyyatının aparıldığını bildirib.

Bundan əlavə, Rusiya qoşunları Zaporojye vilayətində Novopavlovka və Novoandreyevka kəndlərini ələ keçirib, Belozerskoye şəhərinə daxil olaraq küçə döyüşləri aparır, həmçinin Orexov şəhəri istiqamətində hücumları davam etdirir. Gerasimov əlavə edib ki, Zaporojye, Sumı və Xarkov istiqamətlərində də irəliləyişlər ardıcıl şəkildə davam edir.

Öz növbəsində Vladimir Putin bildirib ki, ilin əvvəlindən bəri Rusiya hərbçiləri 6,5 min kvadratkilometr ərazini və 310 yaşayış məntəqəsini nəzarətə götürüblər. O, sentyabr ayı ərzində götürülən ərazinin əvvəlki ayla müqayisədə 2,5 dəfə çox olduğunu diqqətə çatdırıb.