İlham Əliyev paralimpiya hərəkatının iştirakçılarını TƏBRİK ETDİ
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib.
Adalet.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı müraciətində qeyd edib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi təsis edilməklə, ölkəmizdə paralimpiya hərəkatının sistemli inkişafı üçün zəmin yaradılmışdır.
Azərbaycanda idmanın və sağlam həyat tərzinin təşviq edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi və idman infrastrukturunun davamlı inkişafı paralimpiyaçılarımızın nailiyyətlərinin ildən-ilə artmasına əlverişli şərait yaratmışdır. Qürurverici haldır ki, idmançılarımız ötən illər ərzində Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çoxsaylı qələbələr əldə etmişlər. Məhz həmin nailiyyətlər idmançılarımızın yüksək peşəkarlığının, iradəsinin və əzmkarlığının parlaq nümunəsidir. Onların qazandıqları hər bir medal Azərbaycan xalqına sevinc bəxş etməklə yanaşı, əlilliyin insana idmanla məşğul olmağa maneə törətmədiyini bir daha sübut edir.
Əminəm ki, Milli Paralimpiya Komitəsi bundan sonra da paralimpiya hərəkatının əsas dəyərləri – əzmkarlıq, həmrəylik, bərabərlik, inklüzivlik və qarşılıqlı hörmət prinsiplərini rəhbər tutaraq, ölkəmizdə bu sahənin daimi inkişafına və beynəlxalq idman arenalarında Dövlət Bayrağımızın yüksəldilməsinə mühüm töhfə verəcəkdir”.
Prezident paralimpiyaçıları və bu hərəkatın inkişafında əməyi olanları bir daha təbrik edib, onlara yeni qələbələr arzulayıb.
Digər Xəbərlər
16 Oktyabr 2026 18:12
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
16 Oktyabr 2026 16:02
“Bütün fitnələrin, riyakarlığın və ikiüzlülüyün qarşısını ləyaqətlə aldıq”
16 Oktyabr 2026 13:51
İlham Əliyev onları qəbul etdi - FOTO
16 Oktyabr 2026 13:43
Prezident onları "Tərəqqi" medalı ilə təltif etdi
16 Oktyabr 2026 12:02
“Ədalətsizliyə Azərbaycan öz gücü ilə son qoyub...”
16 Oktyabr 2026 11:45
Zahid Oruc: Süni intellekt dövlət qulluqçusunu əvəz etməməlidir
16 Oktyabr 2026 11:37
Sahibə Qafarova: Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə olub
16 Oktyabr 2026 11:09


Bakı -°C

