BQXK Nəsimi Musayevi ziyarət edib?
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan əsgəri Nəsimi Musayevə baş çəkməyib.
Adalet.az xəbər verir ki, bu barədə komitənin Ermənistan nümayəndəliyinin sözçüsü Zara Amatuni məlumat verib.
O bildirib ki, məsələ ilə bağlı Ermənistan hakimiyyəti ilə dialoq aparılır.
Qeyd edək ki, Nəsimi Musayevin sentyabrın 26-da Laçın rayonu istiqamətində xidmət yerində olmaması müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Zəngəzur vilayətinin Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Digər Xəbərlər
16 Oktyabr 2026 19:49
Celal Çiftçi Azərbaycan xalqından üzr istədi
16 Oktyabr 2026 19:26
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
16 Oktyabr 2026 19:13
Pilotun aşkar edilməsi tapşırıqları icra olundu
16 Oktyabr 2026 18:25
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycanda - FOTOLAR
16 Oktyabr 2026 18:10
Bu yollarda sıxlıq var - SİYAHI
16 Oktyabr 2026 17:54
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum olunacaq - YENİLƏNİB
16 Oktyabr 2026 17:04
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər
16 Oktyabr 2026 16:41


Bakı -°C

