SON DƏQİQƏ:

1987-1992-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunda nələr baş verirdi?!

  385490   |  
Şriftin ölçüsü  

(Bizim çoxlarımızın bilmədiyimiz həqiqətlər...Xankəndi)

 

(əvvəli ötən saylarımızda)

 

- 08 May 1992-ci ildə ermənilər tərəfindən işğal edilən Şuşanın alışıb-yanan mənzərəsinə baxanda:

 

Kaş ki, ürəyimə güllə dəyəydi,

Ölüb Qarabağda qalaydım Allah!..

 

demişəm...

(Bax: Ə.Şırlanlı: "Vətən kişiliyə çağırır bizi" - 2000-ci il, "Vətən yaraları, Vətən harayı" - 2003-cü il, "Dərdimin üsyanı" - 2006-cı il, "Qarabağın harayları" - 2009-cu il, "Dağlar çağırır məni" - 2017-ci il).

Hansı elin-obanın, hansı gülün-çiçəyin, hansı dağın dərənin, hətta adicə bir qara daşının da adı yaddan çıxıbsa, torpağa diz üstə çökərək: "Bəs necə deyim sənə, məni bağışla, Vətən!", - demişəm.

Hörmətli oxucular, Qarabağla bağlı sadaladığımız zəngin tarixi faktlara Roma-Yunan müəlliflərinin qeydlərini, Strabonun: "Bərdə torpağı qovrulmuş buğda dənəsini bitirməyə qadirdir" - fikrini, VII-XIX əsrlərdə yaşamış coğrafiyaşünasların, səyyahların, şairlərin, həmçinin, fars dilində yazılmış "Hüdud-əl-aləm" əsərində ərəb müəlliflərindən Əbu-Dulfətin, Məsudinin, Əl-Fəqihin, İbn Ruştanın, İstəxrinin, İbn-Hövləqin, Müqəddəsinin, Yaqut Əl-Həməvinin, Əl İdrisinin, Həmdullah Qəzvininin, XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvinin və digərlərinin Qarabağın (dağ və aran olmaqla bütünlükdə) qədim türksoylara məxsus yaşayış məskəni olması barədə verdikləri mükəmməl və maraqlı məlumatları da əlavə edə bilərik. Bu faktlar tariximizin qızıl səhifələrindəndir. Bax: Ə.Ş: "Vətən kişiliyə çağırır bizi". (Bakı-2000-ci il, səhv. 240-254.)

Adların çəkdiyimiz bu tarixi şəxsiyyətlər həm də Qarabağ regionunun toponimləri, sakinləri, coğrafiyası, əraziləri, təbiəti, bitki aləmi, iqtisadi və ticarət həyatları ilə bağlı geniş məlumatlar da vermişlər. Bir sözlə, Qarabağın və onun tarixi ərazisi sayılan Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu böyük iftixarla öz əsərlərində göstərmişlər.

Heç şübhəsiz ki, erməni tarixçiləri də bu həqiqətlərdən xəbərdardırlar və 1828-1830-cu illərdə Çar Rusiyasının işğal etdiyi Azərbaycan torpaqlarına: qədim İrəvan xanlığına, Zəngəzur, Göyçə və Dərələyəz mahallarına, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərinə İran və Türkiyə ərazilərindən köçürülüb gətirildikləri tarixi hadisəni yəqin ki, unutmayıblar. Bir sözlə, dünyanın savadlı və ədalətli insanları yaxşı bilirlər ki, indiki Ermənistan adlanan ərazi də bütünlükdə Azərbaycanın qədim, əzəli torpağıdır - azərbaycanlıların doğma yurdudur. Bu, danılmaz tarixi fakrdır. Ermənilərin İranın Marağa şəhərindən Dağlıq Qarabağın Ağdərə rayonuna köçürülüb gətirildiklərinin 150 illiyi ilə əlaqədar 1978-ci ildə öz əlləri ilə tikdikləri abidə tarixin canlı şahididir. Lakin ermənilər Azərbaycanın Dağlıq Qarabağ adlı ərazisinə köçürülüb gətirildiklərini təsdiq edən bu abidəni (1988-1992-ci illərdə azərbaycanlılara qarşı törətdikləri hadisələr zamanı) sökməyə - izi itirməyə çalışsalar da, buna nail ola bilməmişlər. Həmin abidə hazırda bizim əlimizdədir. Necə deyərlər: "Cidani çuvalda gizlətmək olmaz!"

Göründüyü kimi, nə Qarabağın, nə də onun ayrılmaz üzvi hissəsi olan Dağlıq Qarabağın bəşəriyyət üçün sağalmaz bəlaya çevrilmiş yadelli, vətənsiz, dilənçi, mədəniyyətsiz, vəhşi, işğalçı ermənilərə heç bir aidiyyatı yoxdur!

Təəssüf hissi ilə qeyd etməliyik ki, ermənilərin kimliyini, hansı əqidə sahibi olduqlarını bilə-bilə onları yenə süfrəmizin yuxarısında oturtmağa çalışanlar vardır.

Elə burdaca ermənilərin kim olduqlarına aid bir-iki faktı misal çəkəcəyəm. Uzun illər Xankəndində cərrah həkim işləmiş Mixail Atayeviç Asiryan anasına demişdi: "Ana, işlədiyim illərdə sənin saçının tükləri qədər əməliyyat vaxtı azərbaycanlı öldürmüşəm..."

Başqa bir misal: Xankəndində həkim işləyən Edik Adamyan azərbaycanlı ailələrində doğulan oğlan uşaqlarını necə öldürdüyünü qürur hissi ilə dilə gətirmişdir. Və yaxud: Azərbaycanın bir çox rayonlarındakı xəstəxanalarında özlərinə yer eləmiş erməni qadın ginekoloqları azərbaycanlı anaların doğduqları oğlan uşaqlarının göbəklərinə zəhər yetirməklə öldürmüşdülər. Bir çox erməni qızları ali məktəblərdə azərbaycanlı gənclərə sonsuzluq yaradan tabletkalar (həblər) paylamışlar...

Anası erməni olan bir rəssam isə çəkdiyi portretdə Şuşada yanan azərbaycanlı evini anasına göstərərək deyir: "Bax, ana, qoy ürəyin sakitləşsin!.." Yeri gəlmişkən qeyd edək ki, Dağlıq Qarabağda ermənilər tərəfindən tikilən evlərin əksəriyyəti erməni antropologiyası əsasında bəzədilirdi. Evlərin tavanlarındakı naxışlar, dəmir çərçivələrə vurulmuş xaç işarələri fikrimizə sübutdur. Ermənistanın prezidenti olmuş Robert Koçaryan və Serj Sarqisyan Avropanın ən yüksək kürsülərində Dağlıq Qarabağda, Şuşada, xüsusilə Xocalıda azərbaycanlıların kütləvi şəkildə öldürülməsində şəxsən iştirak etdiklərini dəfələrlə lovğa-lovğa dilə gətirmişlər. Çox təəssüf ki, bu canilər barəsində Beynəlxalq Təşkilatlar tərəfindən heç bir tədbir görülməmişdir... Əksinə, onlara havadarlıq etmişdilər.

Burda fateh Əmir Teymurun bir müdrik kəlamını yada salmağa dəyər: "Gələcək xalqlar ermənilərin kökünü yer üzərindən silmədiyim üçün ya mənə lənət oxuyacaqlar, ya da qınayacaqlar". Bax: Nizaməddin Şami: "Zəfərnamə" (1401-1402). Əsəri türk dilindən Azərbaycan dilinə mərhum akademik Ziya Bünyadov çevirmişdir. Bu əsərdə bir çox hadisələrdən söhbət gedir. Bizim başımıza gələn müsibətlərin çoxusu qonaqpərvərliyimizdən, humanistliyimizdən irəli gəlir. Əslində biz Beynəlxalq kürsülərdən Dağlıq Qarabağda və onun ətrafındakı ərazilərimizdə azərbaycanlıları kütləvi şəkildə qıran, ərazilərimizi işğal edən, lovğa-

lokvğa danışan ermənilərin bu vaxta qədər dillərini kökündən qoparmalı idik... Səhvlərimizin ən böyüyü tarixi düşmənimiz olan ermənilərin azərbaycanlılara və türklərə qarşı daxili nifrətlərini unutmağımızdır. Biz uşaqlarımızı düşmənə qarşı kin-küdurətli böyütməmişik... Biz irqindən, cinsindən, millətindən asılı olmayaraq bütün millətlərə və xalqlara hörmətlə yanaşmışıq.

Azərbaycanın xalq qəhrəmanı Babəki erməni Səhl-Sumbat satdı, Alban hökmdarı Cavanşiri, alban knyazı Həsən Cəlalı və onun oğlu Atabəyi (ata və bəy sözləri təmiz türk sözüdür Ə.Ş.) erməni fitvası ilə öldürdülər. Qarabağın xanı İbrahimxəlil xan isə ailə üzvləri ilə birlikdə (Şuşanın yaxınlığında) Məlik Şahnəzərin oğlu Cəmşidin fitvası ilə öldürüldü. Gəncə xanı Cavad xanın yazığı gəlib çörək verdiyi erməni dığası Aşot Cavad xana güllə açmışdı... Belə faktlar saysız-hesabsızdır...

Erməni qızlarının işvə-nazına aldanan neçə-neçə hökmdarlarımız, iqtidar sahiblərimiz onları saraylarımızın yuxarısında əyləşdirdilər. Vətən torpaqların eninə-boyuna ermənilərə peşkəş etdilər. Nəticədə baxıb gördük ki, özümüzün ev tikməyimizə, bağ-bağat salmağımıza, nəhayət, qəbir evlərimizə yer qalmayıbdır. Baxıb gördük ki:

 

Torpağın çiçəyi, gülü azalıb,

Çayların qovuşan qolu azalıb,

Qorqudun bayatı dili azalıb...

Niyə soruşmuruq günah kimdədir?!

- Boynumuza alaq: özümüzdədir!..

 

Hörmətli oxucular, 1987-1992-ci ildə Dağlıq Qarabağ regionunda baş vermiş hadisələri xronloji ardıcıllıqla verə bilmədiyimizə görə bizi üzürlü hesab edin!

Ötən 32 ildə bir çox qələm sahibləri kimi, mən də ayrı-ayrı mətbu orqanlarda, qardaş Türkiyədə keçirilmiş dünya türklərinin şeir və musiqi festivallarında (2017-2018-ci illərdə) Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu, azərbaycanlıların min illərlə bu torpaqda yaşadıqlarını, burdakı ən qədim maddi-mədəniyyət abidələrinin türk etnoslarına məxsusluğunu, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının, Zəngəzur, Dərələyəz, Göyçə, Şərur mahallarının Çar Rusiyası tərəfindən 1805-1828-1830-cu illərdə işğal olunduğunu, çar Rusiyası və İran arasında bölüşdürüldüyünü,bədnam "Türkmənçay" müqaviləsinin (1828-ci il), nəhayət 7 iyul 1923-cü ildə Sovet Rusiyasının əli ilə Azərbaycanın Dağlıq Qarabağ regionunda "muxtar vilayət" statusunun yaradılmasını, Xankəndinin adının 1923-cü ildə daşnak-quldur Stepan Şaumyanın adı ilə Stepanakert adlandırılmasını, işğalçı ermənilərin Azərbaycan xalqına vurduğu sağalmaz yaraları, ermənilərin İran və Türkiyə ərazilərindən Azərbaycan xanlıqlarının ərazilərinə köçürüldüklərini, Bayat, Şuşa, Şahbulağı, Əsgəran qalalarının, Xankəndinin və Şuşa şəhərinin Pənahəli xan tərəfindən tikildiyini, bir sözlə, Dağlıq Qarabağın ermənilərə heç bir aidiyyatının olmadığını elmi faktlarla tədbir iştirakçılarına çatdırmağı özümə mənəvi borc bilmişəm.

Nə qədər ki Azərbaycan torpaqları Ermənistan qoşunlarının işğalı altındadır, nə qədər ki, azərbaycanlılar öz doğma torpaqlarına qayıtmayıblar bu səpkidə mövzular gündəmdə olacaqdır.

 

(ardı növbəti sayımızda)

 

Əyyub Şırlanlı, şair-publisist,

əməkdar müəllim,

AYB-nin üzvü, müharibə və

əmək veteranı

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK