SON DƏQİQƏ:

Nəlbəkidə fırtına qopardanlar

  94680   |  
Şriftin ölçüsü  

Rusiyanın bir neçə mədəniyyət xadimi YUNESKO-ya müraciət edərək Dağlıq Qarabağdakı xristian abidələrini qorumaq üçün onları təşkilatın Ümudünya irsi siyahısına salınmasını xahiş ediblər. Özlərini “xristian irsinin təəssübkeşləri” kimi göstərən dirijorlar Vladimir Spivakov və Teodor Kurentzis, musiqiçi Boris Qrebenşikov, rejissor Aleksandr Sokurov bunu həmin abidələri “Azərbaycan təhlükəsi”ndən qorumaq naminə etdiklərini də gizlətməyiblər.

Məsələnin təfərrüatına keçməzdən əvvəl həmin müraciətə Rusiya Müsəlmanları Dini İdarəsinin sədr müavini, RF İctimai palatasının üzvü Dəmir Muhedtinovun öz “Facebook” səhifəsindən verdiyi mükəmməl cavaba diqqət edək: “Tanınmış mədəniyyət xadimlərinin YUNESKO-ya müraciətindən heyrətə gəldim. Rejissorlar, dirijorlar, musiqiçilər və digər yaradıcı ziyalılar Dağlıq Qarabağ bölgəsinin xristian dininə aid mədəni, bədii və memarlıq nümunələrini qorumaq üçün onları Ümumdünya irsinin siyahısına salmağı xahiş edirlər. Məni Dağlıq Qarabağda müsəlman abidələrinin təhqir edilməsinə həyasızcasına göz yuman, açıq-aşkar yalnız xristian məbədlərinin qorunmasının vacibliyini vurğulayan həmin mədəniyyət xadimlərinin məsələyə birtərəfli yanaşması heyrətə saldı. Tanınmamış Dağlıq Qarabağ respublikasının on illərlə davam eləyən işğalı nəticəsində ordakı 67 məsciddən 63-ü dağıdılıb! İşğaldan zərər çəkən digər tarixi və mədəni abidələrin sayı yüzlərlədir. Onlarla, yüzlərlə müsəlman abidələrinin üzləşdiyi mədəni fəlakətə tam etinasızlıq fonunda alban-udin kilsəsisinin də iddia elədiyi məbədlərin guya dağıdılmaq təhlükəsi qarşısında qaldığına eyham vurulmasının vicdansızlıqdan başqa adı yoxdur”.

Müraciətin sonunda Azərbaycanın multukulturalizm dəyərlərinə önəm verdiyi bir ölkə olduğunu vurğulayan müəllif YUNESKO-nun diqqətinin Qarabağın mədəni irsinə yönəldilməsini müsbət hal kimi dəyərləndirir və yazır: “Ümid edirəm və inanıram ki, yaxın günlərdə 75 illik yubileyini keçirəcək bu nüfuzlu beynəlxalq təşkilatın mütəxəssislərinin abidələrin mühafizə ekspetizasına başlamaq, dini mənsubiyyət amilini nəzərə almadan bölgənin tarixi irsinin mühafizəsi üçün obyektivlik və qərəzsizlik meyarlarına uyğun qərarlar qəbul etmək üçün savad və qabiliyyətləri çatacaq”.

D. Mühitdinovun bu fikirləri təkcə statusda adı çəkilən bir qrup rus ziyalısına yox, son günlər mövzu ətrafında vay-şüvən qopardan bütün “mənəviyyat təəssübkeşlərinə” və “humanizm carçılarına” tutarlı cavabdır. Azərbaycan torpaqlarının 30 ildir işğal altında saxlanmasına, onun maddi-mənəvi sərvətlərinin yağmalanmasına səssiz qalanların, vaxtilə bir milyona yaxın insanın yağışın altında, qarın üstündə öz yurd-yuvalarından qovulması səhnələrini idman marafonu kimi seyr edənlərin indi sifətlərinə taxdıqları mərhəmət maskaları, yumşaq desək, adamda ikrah doğurur.

Ötən həftə Rusiyanın NTV kanalı Kəlbəcərdən köçən ermənilərin guya öz meyitlərini də çıxardıb aparmalarıyla bağlı kadrlar nümayiş etdirdi. Zər-qumaşa bürünmüş həmin tabutların içində nə olduğunu heç kim bilməsə də, bu cür qurama səhnələr Qərb mediasında da tez-tez tirajlanır. Hər saniyəsi qızıla bərabər efir vaxtını xəcalət çəkmədən belə saxta kadrlara ayıranlar, nədənsə, öz operatorlarının bir gözü kor kameralarını digər tərəfə, on minlərlə azərbaycanlının yerlə yeksan edilmiş, sümükləri belə təhqir olunmuş qəbirlərinə doğru çevirməyi “yaddan çıxardırlar”.

Vur-tut bir həftədən sonra geri dönən erməni qaçqınlarının halına az qala hər gün ağı deyir, amma 30 illik həsrətdən sonra azad olunmuş yurd-yuvalarının quru səhraya çevrildiyini görəndə sevincləri boğazlarına tıxanan insanların faciəsindən kəlmə də kəsmirlər. İşğal zonalarındakı maddi-mədəniyyət abidələrinin, bütün bölgənin flora və faunasının “qədim xalq”, “xristian mədəniyyətinin təmsilçiləri” adlanan bu ikiayaqlı vəhşilər tərəfindən bu kökə salınmasından, sözün həqiqi mənasında cəhənnəmə çevrilməsindən guya “mədəni dünya”nın xəbəri yox idi? Bizim ora getməyimiz yasaq idi, bəs indi hər gün təzə bir bəyanat yumurtlayan, nəlbəkidə fırtına qopardan saysız-hesabsız “mədəni-humanitar” təşkilatlar hara baxırdı? Hələ bu Minsk qrupu?! Səlahiyyətləri olanda, gözlər ona dikiləndə ceyran belində gəzirdi. İndisə “biz də varıq” hayqırtılarından qulaq tutulur, “yox olduqlarıyla” barışmaq istəmirlər, öz nüfuzarını bitmək bilməyən turist səfərləriylə xərcləyib qurtardıqlarının fərqində deyillər.

İnsafən, Minsk qrupunun həmsədrləri heç olmasa tez-tez dəyişirdi. Ancaq bu qartımış “sülh göyərçinlərinin” arasında ATƏT sədrinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə nümayəndəsi deyilən Anjey Kaspşik adlı birisi də var ki, əvəzedilməz kadr kimi düz 23 ildir bu vəzifəni tutur. Səhv etmirəmsə, hələ neçə il bundan qabaq Qarabağ

münaqişəsinin nizamlanmasındakı xidmətlərinə görə mükafat da alıb. Adam bu münaqişənin tənzimlənməsində o dərəcədə qərəzli olub ki, hətta rəsmi hesabatlarında belə qondarma “Dağlıq Qarabağ” respublikasını tərəf kimi, onun üzdəniraq başçısını prezident kimi təqdim etməkdən belə çəkinməyib. Buna baxmayaraq, düz 1997-ci ildən bəri bütün ATƏT sədrləri damazlıq kimi onu öz postunda saxlamaqda davam edir. Odur ki, nəinki Minsk qrupu, hətta ATƏT-in özü bu münaqişənin tənzimlənməsində iştirak etmək haqqını birdəfəlik itirib.

Yeni formatın konturlarını isə bölgədə yaranmış yeni siyasi və geopolitik situasiyanın, necə deyərlər, həyatın özü cızdı. Yanılmaq istəyirəm, amma son günlər bu məsələ ətrafında bəzi müəmmalı gəlişmələrin olduğu hiss edilməkdədir. Prosesin ilk mərhələsində daha çox Ərdoğan danışır, Putin susurdusa, indi sanki rollar dəyişib. Türk əsgərlərinin gəlişi, birgə Monitorinq missiyasının fəaliyyətə başlaması da ləngiyir və elə təəssürat yaranır ki, artıq gündəmdən çıxmaq üzrədir. Halbuki, rus əsgərlərinin bölgəyə daşınması üçtərəfli Atəşkəs rejimi haqqında gecədən xeyli keçmiş imzalanan sənəddən dərhal sonra, heç səhərin gözü açılmamış başlamışdı.

O ki qaldı guya bölgədəki xristian abidələrinin taleyi məsələsinə, heç kim yaxasını cırmasın. Azərbaycan özü öz maddi-mənəvi irsinin qədrini hamıdan və hər kəsdən yüz dəfə artıq bilir. Bu ölkənin tarixin bütün dönəmlərində, xüsusilə son illərdə multukultural dəyərlərin qorunması və inkişafı yolunda etdiklərinə çoxları həsəd apara bilərlər. Dağlıq Qarabağdakı alban-udin məbədləri məhz min illər boyu burda bir-birlərini əvəz edən müsəlman-türk dövlətlərinin himayəsi altında bu günümüzə kimi toxunulmaz qalıb. Onlara qəsd edən olubsa, ermənilər olub. Bütün alban abidələrini özününküləşdirmək, bu qədim xalqın digər mənəvi irsinə yiyələnmək üçün ərəb xəlifələrindən tutmuş türk sultanlarının, rus çarlarının qarşısında yalmanan, yüz dona girən erməni keşişləri, nəhayət, 1836-cı ildə öz istəklərinə çatır, I Nikolay Alban Həvari Kilsəsini ləğv edir.

Bu tarixi ədalətsizlik 2003-cü ildə Alban-udi xristian icmasının yaradılmasıyla qismən də olsa Azərbaycan dövləti tərəfindən aradan qaldırıldı. Qəbələnin Nic kəndindəki Müqəddəs Yelisey kilsəsi, bütün Qafqazda ilk kilsə olan Şəkinin Kiş kəndindəki Müqəddəs Yelisey kilsəsi yüksək səviyyədə təmir edilib onların istifadəsinə verildi.

Məncə, vaxtilə Alban Həvari Kilsəsinə qarşı törədilmiş tarixi haqsızlığı aradan qaldırılmasının da vaxtı çatıb. Bugünkü Azərbaycan xalqının

etnogenizinin formalaşmasında iştirak eləmiş müxtəlif türk və Qafqaz xalqlarından ibarət bu qədim polietnik ölkənin indiki varislərinin ermənilər tərəfindən mənimsənilmiş bütün irsini hüquqi cəhətdən də onların özlərinə qaytarmaq lazımdır.

M. Cavadoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK