( Millət vəkili, yazıçı -publisist İmamverdi İsmayılovun" Labirint" povesti çox möhtəşəmdir)
İstedadlı insanlar nə iş görsələr həmişə adamları təəccübləndirməyi bacarırlar... Çünki onlar nəyi və necə yazmağı hamıdan yaxşı bilirlər. Bu mənada millət vəkili, yazıçı -publisist İmamverdi İsmayılov da həmişə öz oxucusuna sevgilə yanaşa, onun qəlbinə, ürəyinə yol tapan , daha doğrusu, onu övladı,nəvəsi qədər sevən qələm admalrdandir. O, ilk hekayəsindən tutmuş , sonuncu povestinə kimi öz ənənəsinə sadiq qalır.
İmamverdi müəllim yaxşı bilir ki, oxucunu küsdürmək olmaz. Özü də indiki ədəbiyyat bolluğunda . Ona görə də istedadlı yazıçı hansı janrda əsər qələm alırsa , orada sona qədər səmimi olur. Elə oxucular da bu səmimiyyətinə görə onu çox istəyir, oxuyur və hər dəfə özünə tapır. Və mən də İmamverdi İsmayılov bu cəhətlərinə görə çox istəyirəm... 50 il əvvəl necə tanımışamsa, elə həmin İmamverdi İsmayılovdur!
Heç dəyişməyib, əksinə bir qədər də sadə və səmimi olub.Onun hər hekayəsi, povesti, romanı, hətta portret oçerkləri möhtəşəmdir; gözəl dili, obrazlı təsvirləri, sözlərin rəngi və çalarları istər-istəməz adamın qələbəni ovsunlayır.Müasir yazarlar arasında mən bu detalları Seyran Səxavətdə , Aqil Abbasda, İmamverdi İsmayılovda görürəm. Xalq dilinin zənginliyi, bədii təsvir vasitələri, milli kökə bağlılıq onları yazılarinda daha aydın görünür. İmamverdi İsmayılovun " Labirint" povesti isə məni lap heyran elədi. Sözün açığı bu düz iki dəfə oxudum; çünki burada çox dərin mənalar, fəlsəfi düşüncələr var. Bunu anlamaq üçün ən azından o povesti düşünə- düşünə oxumalısan...
Əgər düsənə- düşünə oxusan dünyanın çox qaranlıq məqamları sənin üçün aydınlaşacaq. Povestin qəhərəmanı ölümlə - qalım mücadilə aparır... Çox çətindir onun ücün bu dünyada yaşamaq ... Hara gedir haqsızlıq görur... Hara addım atır xəyanət hiss edir... Kimə yaxınlaşir, soyuqluq, laqeydlik duyur... Elə bil kı, bu dünyada onu anlayan, onu başa düşən, dünaya boyda dərdini anlayan adama rast gələ bilmir... İnsanlar hər şeyi pula , vəzifəyə , şan-şöhrətə qurban verib. Qəbiristanlığa gedəndə ürəklərinə işıq gəlir, yumşalır, ancaq oradan çıxandan sonra qəddarlaşıb əvvəlki adam olurlar! Və insanlar qalır, amma insanlıq ölür... Bundan böyük faciə yoxdur.
Bu tək bir məmləkətin ağrısı, faciəsi, göz yaşları deyil. Bu, bəşəriyyətin göz yaşları, faciəsi, ölümüdür... Bu nə deməkdir? Bu o deməkdir ki, bir insan yanında can verir, onun yanında olan buna əhəmiyyət vermir! Bundan ağır anmı olar??? İnsan insandan bu qədər uzaqmı olar? Bax bütün bu detallar povestin əsas ana xəttini təşkil edir... Bu anları, bu məqamları təsvir etmək, obrazlı dildə oxucuya çatdırmaq elə də asan deyil. Bunu İmamverdi İsmayılov kimi istedadlı yazıçılar eləyə bilər. Bu povest tək bədii əsər kimi yadda qalmır. Həm də bəşəri, elmi- fəlsəfi əsir kimi oxucunun yaddasında dərin izlər qoyur. İnsanlara zülm eləyən, haqqına girən, gözü var- dövlətdən doymayanlara bu povest həm də bir mesajdır! Bəlkə bundan həmin xislətli adamlar nəticə çıxaralar!
Povestin çox maraqlı hissələri var:" İnsan çiy süd əmib" deyirlər, ay- hay , guya bişirib versələr , canındakı pis vərdişlərin mayasımı əriyəcək?" İnsan var ki, dünyaya gələn gündən hamıya pislik eləyir, ev yıxır, ona - buna "torba" tikir, badalaq atır və axırda da elədiyi pisliklər gec- tez qabağına çıxır.Hələ belələri utanmaz- utanmaz urvatlı ölüm arzukayırlar. Və belələri Allaha and olsun ki, it kimi ölürlər . İmamverdi İsmayılov bunların hamısını çox ustalıqla oxucuya çatdırır! Nə gözəl! " İnsan var - içində xurma yetişdirir, insan var- zəqqum..."
Məgər , belə insanlar az görmüşük? Onlar gürzə ilanından da zəhərli və təhkükəidirlər! Yazıçı bütün bunları bəşəriyyətə , dünayaya , insanlar çatdırır... Əsərin qəhərəmanı bu dünyada heç kimdə, heç kəsdə sədaqət, səmimiyyət , etibar görmür... Hara gedir soyuqluq görür... Hara addım atırsa xəyanət hiss edir... Hara üz tutursa, nəinki insanlar , hətta dünya da ondan üz döndərir... Ev soyuq... İnsanlar soyuq , Göy üzü də soyuq... Onun gözündə dəniz öldüyü kimi, Yer üzü də , Göy üzü də ölür...Çünki səsini heç kim eşitmir... Və beləcə özünü Allahın qucagına atır...
Yəqin ki, bu dünayada başa düşülməyən , anlanılmayan adam Allahın yanında daha rahat olur... Ruhu sakitləşir... Və möhtəşəm bir sonluq... Çünki insan bu dünyada istədiyini tapa bilməyəndə o dünyaya ümid bəsləyir...


Bakı -°C
