AzVP rəhbərliyi "İstiqlal" abidəsini ziyarət edib
Azad Vətən Partiyasının bir qrup üzvü Müstəqillik Günü (Respublika Günü) münasibəti ilə “İstiqlal” abidəsini ziyarət edib.
108 il əvvəl – 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi - demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb və bu gün ölkədə ehtiramla qeyd edilir. Bu munasibətlə AzVP sədri Akif Nağı və partiyanın bir qrup üzvü cümhuriyyətin şərəfinə Bakıda ucaldılmış “İstiqlal” abidəsini ziyarət edib. Abidənin qarşısında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi hörmətlə anılıb və onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Azərbaycan Dövlət himni oxunduqdan sonra, partiya uzvləri abidəyə çiçək dəstələri düzüb.
AzVP sədri Akif Nağı Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması ilə bağlı çıxış edərək, əslində 1918- ci ildə Azərbaycan torpaqları ərazisində dünyəvi və demokratik dövlətin yaranmasının səbəbi kimi xalqımızın dövlətçilik ənənələrini unutmadığını və həmin gün bu qədim ənənəni növbəti dəfə 1918- ci il 28 mayda bərpa etdiyini bildirib. Partiya sədri Məhəmməd Əmin Rəsulzadənin və silahdaşlarının cümhuriyyət yaratmasını sayğı və sevgi ilə andığını bildirib. Partiya üzvləri "İstiqlal" abidəsini ziyarət etdikdən sonra görkəmli şəxsiyyət, məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyevin abidəsini də ziyarət ediblər.
Digər Xəbərlər
28 May 2026 17:27
Nazir Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
28 May 2026 16:25
Bayram günü nə qədər qurban kəsilib?
28 May 2026 16:22
Temperatur 6 dərəcə enəcək, güclü külək əsəcək - YENİLƏNİB
28 May 2026 15:22
"Bu gün biz rahat yaşayırıq" - İlham Əliyev
28 May 2026 14:23
İlham Əliyev Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb - FOTOLAR
28 May 2026 12:00
“Bu bayram Allaha yaxınlaşmağa dəvətdir”
28 May 2026 10:08
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
28 May 2026 09:03


Bakı -°C

