Azərbaycandan tranzit keçməklə Ermənistana 67 ton un göndərilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Adalet.az xəbər verir ki, 2 vaqondan ibarət, çəkisi 126 ton olan karbamid və 1 vaqondan ibarət, çəkisi 67 ton olan un "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Digər Xəbərlər
16 Iyun 2026 18:06
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
16 Iyun 2026 13:43
"Əgər bu istiqamətdə real addımlar atılarsa, İran iqtisadiyyatına..."
16 Iyun 2026 10:29
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
16 Iyun 2026 10:02
“Azeri Light”ın qiyməti 86 dollara düşdü
15 Iyun 2026 15:15
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
15 Iyun 2026 10:02
"Brent"in qiyməti martdan bəri ilk dəfə 84 dollardan aşağı düşdü
12 Iyun 2026 13:26
"İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır" - Deputat
12 Iyun 2026 12:57


Bakı -°C

