Xaricdə insan alverinin qurbanı olan Azərbaycan vətəndaşları: 46 nəfər...
2025-ci ildə xarici ölkələrdə 46 Azərbaycan vətəndaşı insan alverinin qurbanı olub.
Adalet.az xəbər verir ki, bununla bağlı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci il üzrə illik məlumatında öz əksini tapıb.
Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, onlardan 33-ü Türkiyə, 10-u Birləşmiş Ərəb Əmirlikləri, 3-ü isə Pakistanda cinsi istismara məruz qalıb.
Hesabatda qeyd edilib ki, qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olub.
Vurğulanıb ki, həmin hüquqazidd əməllərlə əlaqədar 10 cinayət işi başlanılıb (bir cinayət işinin istintaqı çərçivəsində 20-dək faktın istintaqı aparılıb), 8 cinayət işi üzrə 10 şəxs (9-u qadın) təqsirləndirilən qismində cəlb olunub, 12 nəfər (11-i qadın) məhkəmə məsuliyyətinə verilib.
Bildirilib ki, zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlərin görülməsi də diqqətdə saxlanılıb, hər birinə 700 manat məbləğdə birdəfəlik müavinət ödənilib.
Digər Xəbərlər
12 Iyun 2026 10:50
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı
11 Iyun 2026 18:56
5 tona yaxın narkotik vasitə və həb MƏHV EDİLDİ - VİDEO
11 Iyun 2026 11:34
147 milyon manatlıq narkotik vasitə məhv edildi
10 Iyun 2026 11:39
Yusif Əliyev saxlanıldı - 18 ildir Rusiyada imiş
10 Iyun 2026 11:15
Sürücü sərxoş halda tutuldu, sərnişinindən narkotik aşkarlandı - VİDEO
09 Iyun 2026 17:54
Narkotik qaçaqmalçılığı planı ifşa olundu
08 Iyun 2026 17:38
Novxanıda gizli narkobunker aşkarlandı - Əməliyat görüntüləri
08 Iyun 2026 12:23


Bakı -°C

