adalet.az header logo
  • Bakı -°C
27 May 2026 18:00
78
İDMAN
A- A+

Mourinyo Arda barədə qərar verdi

"Real"ın baş məşqçisi vəzifəsinə təyin olunacağı gözlənilən Joze Mourinyo artıq komanda üçün strategiya hazırlayır.

Adalet.az xəbər verir ki, bu haqda sport.es məlumat yayıb.

Mütəxəssis yarımmüdafiəçi Arda Güleri meydanın əsas fiqurlarından birinə çevirməyi planlaşdırır. Portuqaliyalı məşqçi hətta 21 yaşlı türkiyəli ilə şəxsən əlaqə saxlayaraq onun taktiki sxemlərdəki gələcək rolunu ətraflı şəkildə izah edib.

Xatırladaq ki, Güler ​​2023-cü ilin yayında Madrid təmsilçisinə qoşulub. Onun "Real"la hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir. /QOL.az