SON DƏQİQƏ:

Öz vəziyyətinin necə olduğunu bilmək istəyirsənsə... - İlqar Rəsul yazır

  206352   |  
Şriftin ölçüsü  

ÖZ VƏZİYYƏTİNİN NECƏ OLDUĞUNU BİLMƏK İSTƏYİRSƏNSƏ, DÜŞMƏNİNİN HALINA BAX 

Salam dostlar! 

Bu gün FB də olmamışam deyə neçə nəfər zəng edib vəziyyətlə bağlı fikrimi öyrənib. İndi də qalanlarçün qısaca bura yazıram. 

İlk növbədə qələbə münasibətilə hamını təbrik edirəm! 

İndi mətləbə keçək. 

Əlbəttə, heç birimiz istəməzdik prosesdə Rusiya sülhməramlıları iştirak etsin. Bu baxımdan narahatçılığınız, gileyiniz təbiidi. Amma gəlin məntiqlə düşünək. Bura qədər prosesi qüsursuz gətirən adamların (Əliyev və Ərdoğan), burada çox kobud bir yanlışlığa yol verməsi ağılabatan deyil. Demək ki, yenə də hər şey qalib tərəfin nəzarəti altındadı və dünən çoxumuzu (illah da qos-qoca politoloqları) çaşdıran atəşkəslərin olduğu kimi, bu gün də bu situasiyanın çarəsi var. 

Biz sabaha qurduğumuz xəyyallardan çıxış edəndə əlbəttə sonda yaranmış situasiya tam da könlümüzcə deyil, amma dünənki vəziyyətdən çıxış edəndə situasiya xeyli qənaətbəxşdir. 

O ki, qaldı hər bir Məmləkət sevdalısını təbii olaraq narahat edən bəzi detallara və ortaya çıxan obyektiv suallara, onlara istinad edib demək olar ki: bu hələ son deyil. 

İndiliksə: 

"Öz vəziyyətinin necə olduğunu bilmək istəyirsənsə, düşməninin halına bax". Ermənilər Yerevanda nahaq o oyunu çıxartmırlar. Anlaşılan odur ki, Ermənistanda və Qarabağda hələ bizi çox sürprizlər gözləyir.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK