adalet.az header logo
  • Bakı -°C
23 Sentyabr 2026 13:25
64
KRİMİNAL
A- A+

Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Adalet.az-a verilən məlumata görə, Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, patron darağı və 29 ədəd sursat aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.