adalet.az header logo
  • Bakı -°C

Krallıqda həyəcan siqnalı - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
52 | 2026-09-15 11:53
A- A+

Şotlandiya, Uels və Şimali İrlandiya memarandum imzaladı

Kardiffdə Şotlandiya, Uels və Şimali İrlandiya özünüidarəetmə hüququ ilə bağlı memarandum imzalanması, media aləmində dünya səviyyəli sensasiya kimi partlayış yaratdı. Yerli siyasi qüvvələrə başçılıq edən hökumət liderləri-Con Suinni, Run ap İorvert və Mişel O'nil- razılıq əldə etdikləri sənəddə bəyan ediblər ki, onların millətləri "daha güclü səsə layiqdilər" və Londonu "hüquqi dəyişiklərlə bağlı konstitusion hüquqlqrı təmin etməyə" çağrırlar.

Bir gün əvvəl ABŞ prezidenti Donald Trampda rəsmi olaraq Şimali İrlandiya və İrlandiya Respublikasının birləşməsi ideyasını dəstəklədiyini bəyan edib. 

 Britaniya hökuməti hazırda ciddi təyziq altındadır. Krallığın parçalanması şansları nə dərəcədə real ola bilər?

 Krallığın üç ölkəsinin birlikdə müstəqillik memarandumunu imzalaması, hər üç ölkədə Britaniyadan ayrılmaq istəyən partiyaların hakimiyyətdə olması ilə əlaqələndirilir. Ekspertlər hesab edirlər ki, kardiff memarandumuna bənzər gec-tez üzə çıxmalıydı və cəmiyyətin müzakirəsinə verilməliydi.

Britaniya hökuməti təcili olaraq bəyənatla çıxış edib və bəyan edib ki, 1998-ci il razılaşması Şimali İrlandiya ilə siyasi sistemi və Londonla münasibətləri nizamlayır. Bəyənatda xüsusi qeyd olunur ki, "hazırda Şimali İrlandiya xalqının Böyük Britaniya krallığından ayrılması üçün heç bir açıq əsası yoxdur".

 Yeri gəlmkşkən, Şotladiyada müstəqillik tərəfdarları hardasa 50 faiz aralığındadırsa, Uelsdə bu göstərici təxminən 30 faizdən bir az çox, Şimali İrlandiyada isə bu göstərici stabil olaraq 40 faizdir.  Başqa sözlə desək, Krallığın hər yerində müstəqillik istəyən böyük çoxluq müşahidə olunmur. Hazırda  Britaniyalıları müstəqillikdən daha çox,  hökumətin vergi siyasəti, həmçinin miqrasiya və mütəşəkkil cinayətkarlıq problemləri maraqlandırır.

 Əslində bu məsələ İsraillə bağlı Londonun apardığı siyasətə görə, ABŞ və Böyük Britaniya arasında yaşanan gərginliyin "fəsadlarıdır".  Britaniyanın baş naziri Birhemin Qərbi Yerusəlimdə baş verən hadisələrə "yumşaq"yanaşdıqlarına götə, Fələstindən üzr istəməsi, İsrail hökuməti ilə yanaşı,  Tramp administrasiyasınıda bərk qəzəbləndirib. Arkanzas və Florida ştatları, İsrailə baykota qarşı,  Britaniya şirkətlərinə  sanksiyalar tədbiq edəcəyi ilə hədələyib. 

 Məsələyə siyasi konteksdə baxsaq, Kadiff memarandumu hələki  siyasi skandal yaratmaqdan o yana keçməyəcək.  Britaniyada isə, bir müddət sağ və sol partiyalar bir nöqtədən çıxış etməli olacaqlar. 

 

 (İz.ru saytının materiallarından istifadə olunub).
 

  • Sentyabr:
  • 4
  • 11

TƏQVİM / ARXİV