adalet.az header logo
  • Bakı -°C
25 Sentyabr 2026 22:16
66
HADİSƏ
A- A+

Metroda kişi qatar yoluna tullanıb

25 sentyabr saat 17:53-də Bakı metropoliteninin “Memar Əcəmi” – “20 Yanvar” mənzilində sərnişin(kişi) qatar yoluna tullanıb.

Bu barədə Adalet.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar dərhal yolun təmas relsindən gərginlik çıxarılıb.

“Sərnişin təlimata uyğun qatar yolundan çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.

13 dəqiqə sonra, saat 18:06-da gərginlik bərpa olunub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə baş verən Yaşıl xətt üzrə qatarların hərəkət intervalında hazırda hər hansı yubanma müşahidə olunmur”, - deyə məlumatda qeyd edilib.