İlham Əliyev beynəlxalq forumda iştirak edir
Bakıda Prezident İlham Əliyevin himayəsi altında ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) 2-ci günü keçirilir.
Adalet.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub.
Forum nüfuzlu beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil edilib. Forumun strateji tərəfdaşı olan "The European House – Ambrosetti & TEHA Group" Avropanın aparıcı beyin mərkəzlərindəndir və iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik üzrə analitik araşdırmaları ilə tanınır.
Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması, yeni nəqliyyat və enerji marşrutlarının yaranması, texnologiya və süni intellektin iqtisadi proseslərə təsirinin artması investisiya gündəliyinə də yeni yanaşmalar gətirir. Bu şəraitdə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi onun regional və qlobal bağlantılarda rolunu daha da artırır.
Digər Xəbərlər
26 Sentyabr 2026 10:00
Prezident Qazaxıstanla Xəzərdə görülən işlərdən danışdı
26 Sentyabr 2026 09:55
Bayramov Quterreşlə regional təşəbbüsləri və sülh prosesini müzakirə etdi
26 Sentyabr 2026 09:39
Bu gün Bakıda 2 mühüm müqavilə imzalanacaq
26 Sentyabr 2026 09:38
Prezident Trampa təşəkkür etdi
26 Sentyabr 2026 09:35
"ABŞ və İran arasında danışıqlar müsbət nəticələnə bilər"
26 Sentyabr 2026 09:31
"Neft-qaz sektoru böyük rifah yaradacaq" - İlham Əliyev
26 Sentyabr 2026 09:27
Azərbaycan bunu bir günə həll edə bilər - Prezident açıqladı
25 Sentyabr 2026 21:35


Bakı -°C

