Heç bir ölkə müharibələrdən sığortalanmayıb - Səxavət Məmməd yazır
Qlobal münaqişələr fonunda BMT öz təsir gücünü xeyli vaxtdır itirib. BMT qətnamələri ilə bir çox məşələlər öz həllini tapıb. Misal üçün Koreya müharibəsi, Körfəz müharibəsi / Küveytin azad edilməsi, Cənubi Afrikada apartheid rejiminə qarşı sanksiyalar, İranın nüvə proqramı və birgə həmlələr. Ancaq BMT-nin yüzlərlə qətnamələri var ki, ümumiyyətlə, icra edilməyib. Təkcə Qarabağın Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı 4 icra edilməmiş qətnamə mövcud idi. Fələstinlə bağlı isə BMT-nin yüzlərlə qətnamələri var. Yəni, BMT qlobal bir təşkilat olsa da, əslində bir neçə dövlətin oyuncağına çevrilib.
Bəzi regionlar var ki, orada BMT qətnamələrinin icrası ən qısa zamanda həyata keçirilib, ancaq elə regionlar da var ki (məsələn, Yaxın Şərqdə onilliklərdir qəbul edilən və israili tənqid edən və ya ərazilərin azad olunmasını tələb edən yüzlərlə qətnamə), orada BMT qətnamələri kağız üzərində qalıb. Xüsusilə, Suriya böhranından sonra BMT qətnamələri tamamilə işləksiz bir vəziyyətə düşüb. Bu cür yanaşmalar 30 ilə yaxındır ki, beynəlxalq hüququn təsirini sıfıra endirib.
BMT Baş Assambleyası dünya liderlərinin bir araya gəldiyi, mövqelərini və narahatlıqlarını ən yüksək səviyyədə səsləndirdiyi əsas kürsü olaraq qalır. Ancaq mövcud qlobal münaqişələr fonunda bu platforma daha çox bəyanatlar səsləndirilən məkan təsiri bağışlayır. Real qərarların qəbul olunduğu mərkəzlərlə Baş Assambleya arasındakı uçurum getdikcə dərinləşir.
BMT-nin bu vəziyyətə düşməsinin əsas səbəblərindən biri də, BMT Təhlükəsizlik Şurası və o şuranın əlində olan veto hüququdur.
BMT Baş Assambleyasının 81-ci sessiyası dünyada baş verən qlobal böhranların həllindən daha çox, hazırkı böhranın daha da dərinləşəcəyini ortaya qoydu. Bu sessiya gələcəkdəki münaqişə ocaqlarının istiqamətlərini göstərdi. Argentina ilə Böyük Britaniya arasındakı Folklend adaları (argentinalılar Malvin adlandırır) ətrafındakı mübahisələr daha da dərinləşə bilər. Xüsusilə adaların ətrafında neft-qaz yataqlarının olma ehtimalı münaqişəyə meyilliliyi bir qədər də artırır. Bundan əlavə İordaniyanın İsrail əleyhinə çıxışları, bölgədəki gərginliyin İsrail tərəfindən yaradıldığını deməsi regionda müharibənin coğrafiyasının bir qədər daha da arta biləcəyini göstərir. Bundan əlavə İranla ABŞ arasındakı gərginlik də səngimək bilmir. Baş Assambleyadakı çıxışlar da bunu deməyə əsas verir. Arxada tərəflər danışıqlar aparır, tribunada isə Tramp yenə də müharibə ilə hədələyir. Bundan əlavə Böyük Britaniyanın İsraillə addımları da Baş Assambleyaya çıxarılmış oldu. Eyni zamanda Fransanın İsraillə bağlı mövqeyi diqqətçəkən bir məsələ oldu.
Rusiya Ukrayna müharibəsinin dayandırılması yönündəki BMT-nin 51 üzvünün irəli sürdüyü təşəbbüs ən maraqlı bəyanatlardan biri idi. Ancaq aydın məsələ idi ki, yorğun, dağılmaqda olan, məğlub olan Rusiya bunu qəbul etməyəcək. Yeri gəlmişkən Zelenski də enerji resurslarına zərbələr endirməyi təklif edir. Hətta qış ayları üçün ümumiyyətlə, prosesin dayanmasında maraqlıdır. Rusiyanın bunu da qəbul edəcəyi inandırıcı deyil. Bunun çox sadə səbəbi var, müharibənin başlama səbəblərinin heç biri aradan qalxmayıb. Düzdür, bu müharibədə Rusiya da çox şey itirir, ancaq Rusiyanın coğrafi dərinliyi ona imkan verir ki, yaralarını tez sağaltsın. 81-ci sessiyanın getdiyi bir zamanda Kiyevin və digər şəhərlərin ağır bombalanması onu göstərir ki, BMT, təklif olunan atəşkəs heç kimə lazım deyil. Çox maraqlıdır ki, Ukrayna müharibəsinin bitməsini istəyən dövlətlər Rusiyanın onlara hücum edəcəyini əsas gətirərək silahlanma yarışına giriblər.
Avropa ölkələrinin Rusiya ilə bağlı yanaşması ilə ABŞ-nin İran yanaşması eynidir. İran dəfələrlə bəyan edib ki, onlar uranın zənginləşdirilməsini dinc məqsədlər üçün edirlər. Hətta MAQATE də İranın nüvə silahı yaratmaq fikrində olmadığını dəfələrlə sübut edib, ancaq Tramp kor tutduğun buraxmadığı kimi dirəşib ki, İranın nüvə silahı əldə etməyinə imkan verməyəcək. Rusiya dəfələrlə bəyan etsə də Avropaya hücum etməyəcək, ancaq Avropa ölkələri tam şəkildə müharibə hazırlığı görürlər. Müasir dövrdə bir ölkənin başqa bir ölkəyə hücum etməsi o qədər də asan deyil. Ən azı bunu gizli şəkildə edə bilməz. Dünyada bu qədər peyklərin olduğu, geoməkan kəşfiyyatının hər nöqtəni izlədiyi bir zamanda hansısa bir ölkənin başqa ölkəyə təxribat, diversiya xaric, qəfil hücum edəcəyini düşünmək yüngül desək məntiqsizlik əlamətidir. SSRİ hücum edirdi, çünki transfer edəcəyi ideologiyası vardı. Rusiya nə transfer edəcək? ABŞ də İrana qədər məqsədi təbii sərvətləri ələ keçirmək olsa da, demokratiya və yaxud digər ideologiyaları transfer edirdi. Hazırda ABŞ-nin əlində demokratiya ideologiyası da yoxdur. Artıq dünya elə bir həddə çatıb ki, heç kim demokratiyaya da inanmır.
Ərdoğanın dünya 5-dən daha böyükdür fikri BMT Baş Assambleyasında başqa-başqa dövlətlər tərəfindən də səsləndirilməyə başlayıb. Faktiki olaraq böyük dövlətlər problem həll edən yox, əslində problem yaradan dövlətlərə çevriliblər. Hesab edirəm ki, regional münaqişələrin taleyini elə region dövlətləri özlərində güc tapıb, özləri həll etməlidir.
BMT Baş Assambleyasının 81-ci sessiyası onu deməyə əsas verir ki, dünyada heç kim heç kimin kitabını oxumur. Bu da onu deməyə əsas verir ki, hazırkı müharibələrin coğrafiyası daha da genişlənəcək və dünyada heç bir ölkə müharibələrdən sığortalanmayıb.
Digər Xəbərlər
26 Sentyabr 2026 19:45
"Real nəticələr verən çoxtərəfli sistemə sadiq qalırıq" - Bayramov
26 Sentyabr 2026 17:47
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
26 Sentyabr 2026 16:28
Prezident Məhəmməd Ben Sulayem ilə görüşdü
26 Sentyabr 2026 16:26
Bakı Forumu iqtisadi cəlbediciliyin göstəricisidir
26 Sentyabr 2026 13:56
Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakından - Görüntülər
26 Sentyabr 2026 13:49
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
26 Sentyabr 2026 13:47
Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib
26 Sentyabr 2026 13:42


Bakı -°C

