“ZƏFƏR TARİXİMİZ SƏTİRLƏRDƏ”
25 sentyabr 2026-cı il tarixində, saat 09:30-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının və Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə rayon mərkəzindəki Qələbə Parkında “Zəfər tariximiz sətirlərdə” adlı tədbir keçirilmişdir. Tədbirdə Vətən müharibəsinə aid, eləcə də şəhid olmuş kürdəmirli həmvətənlərimizə həsr olunmuş fotoşəkillər və şəhidlərimizin xatirəsinə həsr edilmiş kitablar sərgilənmiş və təqdim etdirilmişdir.
Tədbiri giriş sözü ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı açmışdır.
Yaqut Bahadurqızı tədbirə toplaşanlar qarşısında çıxış edərək Azərbaycan xalqının çoxəsrlik tarixində Vətən və torpaq anlayışının mühüm yer tutduğunu qeyd etdi və Qarabağ mövzusunun Azərbaycan ədəbiyyatında müxtəlif dövrlərdə öz əksini tapmasından bəhs etdi. O, I və II Qarabağ müharibələrinin xalqımızın yaddaşında dərin iz buraxdığını, 44 günlük Vətən müharibəsinin isə Azərbaycanın Zəfər tarixinin mühüm səhifələrindən birinə çevrildiyini vurğuladı.
Filial müdiri çıxışında şəhidlərimizin qəhrəmanlığının və onların əziz xatirəsinin yaşadılmasının mühüm əhəmiyyət daşıdığını vurğulamış, bu tarixi hadisələrin ədəbiyyatda, kitab və sənədlərdə əks etdirilməsinin gələcək nəsillər üçün əhəmiyyətini də qeyd etdi. O, “Zəfər tariximiz sətirlərdə” adlı vətənpərvərlik mövzusunda yazılmış və eyni zamanda şəhidlərimizə həsr olunmuş kitabların sərgilənməsi və təqdimatında öz qısa, lakin şərəfli ömürlərini vətənə fəda edən şəhidlərdən bəhs edən kitablar haqqında ziyarətçilərə geniş məlumat verdi.
Kürdəmirrayon Tarix-diyarşünaslıq muzeyinin direktoruı Altay İslamzadə tariximizin qızıl səhifələrini yazan qəhrəman oğullarımızın əbədi ehtirama layiq olmaları və xalqın yaddaşında əbədi yaşayacaqlarını vurğulayaraq yeniyetmələrə tövsiyələrini verdi.
Tədbirdə çıxış edən yazıçı Əlisəfa Azayev I Qarabağ və II Qarabağ müharibələrinə, Zəfər tariximizə və şəhidlərimizin həyat və döyüş yoluna həsr etdikləri əsərləri haqqında iştirakçılara məlumat verdi. Tədbirdə iştirak edən müəlliflər gəncləri maraqlandıran sualları cavablandırdılar və belə tədbirlərin məhz Vətən müharibəsinin, şəhidlərimizin qəhrəmanlıq yolunun və Zəfər tariximizin ədəbi nümunələr və kitablar vasitəsilə təbliğinə xidmət etdiyini bildirdilər.
Tədbir iştirakçılarından Aida Adıgözəl, Nurlan Abdullayev, Vəsilə Əsgərli, Əhsən Qaybalıyev, Gülnar Məmmədova nümayiş etdirilən kitab və fotoşəkillərlə tanış olmuş, Vətən müharibəsinin tarixi, şəhidlərimizin qəhrəmanlığı və onların xatirəsinin ədəbiyyatda yaşadılması ilə bağlı fikirlərini bölüşmüşlər.
Tədbirdə şəhid ailələri, orta ümumtəhsil məktəblərinin, məktəbəqədər müəssisələrin, idarə və müəssisələrin nümayəndələri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
“Zəfər tariximiz sətirlərdə” adlı tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsinin tarixini, xalqımızın Zəfər salnaməsini, şəhidlərimizin qəhrəmanlıq yolunu və onların əziz xatirəsini kitablar, fotoşəkillər və ədəbi nümunələr vasitəsilə yaşatmaq, gənc nəslə çatdırmaq və milli yaddaşımızın qorunmasına töhfə vermək olmuşdur.
Digər Xəbərlər
25 Sentyabr 2026 11:33
Ruhun üç çevrilməsi və yazılmış vərəq - Əli Şirin Şükürlü yazır
25 Sentyabr 2026 11:32
Ay Bəniz Əliyarın ŞEİRLƏRİ
25 Sentyabr 2026 09:30
""Allah" sözünü böyük hərflə yazmaq dil qaydalarına görə səhvdir"
24 Sentyabr 2026 13:55


Bakı -°C

