adalet.az header logo
  • Bakı -°C
26 Sentyabr 2026 10:23
59
DÜNYA
A- A+

Panda diplomatiyası geri döndü

Çin Sədri Si Cinpin ölkəsindən ABŞ-yə göndərilən iki pandanın bir neçə gün ərzində Atlantadakı zooparka çatacağını açıqlayıb.

Adalet.az xəbər verir ki, Si Cinpin Ağ Evdəki açıqlamasında “Pinq Pinq” və “Fu Şuanq” adlı pandaların “bir neçə gün ərzində Atlantadakı yeni evlərinə qayıdacaqlarını və Amerika xalqı ilə görüşəcəklərini” bildirib.

Pandaların ABŞ-yə göndərilməsini “xoş xəbər” adlandıran Si Cinpin bunun çinlilər və amerikalılar arasında dostluğun nümunəsi olduğunu deyib.

Pandalar Atlanta zooparkı ilə Çin Vəhşi Təbiəti Mühafizə Assosiasiyası arasında imzalanmış qoruma müqaviləsi çərçivəsində ABŞ-yə göndərilir.

Pekin 2024-cü ildə Atlantadan dörd pandanı geri almışdı. Çin və ABŞ arasındakı gərginlik fonunda pandaların müvəqqəti verilməsi proqramı da dayandırılmışdı.

Qeyd edək ki, Çinin panda diplomatiyası XX əsrin ortalarında başlayıb. Pekin 1950-ci illərdən etibarən pandaları Sovet İttifaqına və digər müttəfiq ölkələrə dostluq jesti kimi hədiyyə edib.

ABŞ ilə panda diplomatiyasının əsası isə Prezident Riçard Niksonun 1972-ci ildə Çinə tarixi səfərindən sonra qoyulub. Səfərin ardından Pekin Vaşinqtondakı Milli Zooparka “Linq-Linq” və “Sinq-Sinq” adlı iki panda hədiyyə edib. Bu addım uzun müddət davam edən soyuq münasibətlərin yumşalmasında və iki ölkə arasında diplomatik əlaqələrin normallaşmasında simvolik dönüş nöqtələrindən biri olub.