adalet.az header logo
  • Bakı -°C

Hardasız, hardasız, mələk adamlar?..  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
46 | 2026-09-20 13:22
A- A+

... Adam yaşa dolduqca yaman darıxır...  Allah üçün darıxır, yaxşı dostlar üçün darıxır... Balaları , əzizləri üçün darıxır... Və bu darıxmaq da elə- belə deyil... Çünki onlar sənin ürəyini, qəlbini fəth ediblər... Onlar sənin iç iç dünyanda  günəş kimi, ay kimi, ulduzlar kimi işıq saçılar və hər zaman , hər an sənin yanındadırlar!

Allah and olsun onları, bir həftə, bir ay görməyəndə elə bil ki, nəsə itirmisən, nəyinsə çatışmır! Və o dəqiqə mobil telefona əl atırsan həmin o mələk, o çiçək dostunla bir ürək söhbəti eləyirsən,.qəlbini boşaldırsan , yenidən iç dünyana bir həyat eşqi, bir sevgi, bir işıq gəlir.O işıq sənə bir müddət bəs eləyir, səni böhtan insanlardan, mərdimazar insanlardan, tıkan insanlardan qoruyur!!! Belə dostlarımdan , darıxdığım və eləcə də çox istədiyim mələk insanlardan biri də oktyabrın 3-də 80 yaşı tamam olacaq tibb elmləri üzrə fəlsəfə doktoru, məşhur həkim- kardioloq Rafiq Yusiflidir.

Onu 50 ildən çoxdur ki, tanıyıram. Birincisi onun anası Bəhmənlidəndir və mənim anamla qohumdurlar ! Allah hər ikisinə rəhmət eləsin! İkincisi də Rafiq həkimi Füzulidə məmə deyəndən , pəpə yeyənədək hamı tanıyır. Həkim kimi, insan kimi bənzəri yoxdur. Mənim rəhmətlik atamı, rəhmətlik qardaşımı da o müalicə edib! Özü də yaxşıdır müalicə edib ha! Türkiyənin çox məşhur klinikasında onu yazdığı reseptə professor baxıb dedi ki, bu həkim kimsə, savadlı adamdır, bütün dərmanları düz yazıb və müalicəni düz aparıb. Ona görə də bizə çətin olmayacaq!        

Ən çox darıxdığım adamlardan biridir Rafiq həkimi ! On,on beş gün səsin eşitməyəndə  elə bil ki, nəyiməsə çatışmır. O dəqiqə də hiss edirəm ki, yeganə çatışmayan əlamət onunla hal- əhval tutmamağımdır! Və ona zəng edirəm! O dəqiqə bal kimi, məlhəm kimi şirin səsini eşidirəm:" Qağa, eşidirəm, nə var, nə yox?" Beləcə söhətimiz uzanır  və o bal kimi şirin söhbətin nə vaxt başa çatdığını hiss eləmirəm ! Hiss elədiyim o olur ki, içim , ürəyim və qəlbim işıqla dolur , özümü gözəl bir aurada, ovqatda  duyuram!!!  Belə bir deyim var:" Özü üçün yaşayan insan dünyanın ən bədbəxt adamıdır." Rafiq həmişə el- oba üçün,   tanıdığı və tanımadığı insanlar üçün yaşayıb və yaşayır! 1993- cü ilin avqustunda Füzuli ermənilər tərəfindən işğal olunanda o da döğma yurdundan ayrı düsdü.Bakıya gəlib bir yerdə sığınacaq tapdı. Hamı kimi ağır günlər yaşadı  və yaxşı insanların, dostların hesabına ayağa durdu və ümidini üzmədi! Elmi-tədqiqat Kardiologiya İnstitutunda həkim - kardioloq kimi işə başladı.

Başqa həkim həkim kabinetlərinin qarşısı boş olduğu halda , onun otağının  qabağında növbələr vardı! Hamısı da   Qarabağın, o cümlədən Füzulinin məcburi köçkünləri! Onların hamısına kömək elədi. Birinə alnını turşutmadı. Və hamısına öz doğması qədər  diqqət göstərdi. Ona görə də bu gün nəinki Qarabağ camaatı, eləcə də bütün pasiyentlər ondan razılıq eləyir və doğmaları qədər çox istəyir.   Mən özüm dəfələrlə yaxın dost- tanışım Rafiq həkimin yanına  göndərmişəm!  Onlar da mənə təşəkkür edərək deyiblər ki, onun kimi səmimi , təmənnasız həkim görməmişik! Rafiq Yisifli  doğurdanda da göztox, dünya malında gözü olmayan həm də böyük ziyalıdır! Nəinki Füzulinin , respublikamızın böyük ziyalısıdır!  Rafiq Yisiflini həm də digər həkimlərdən fərqləndirən bir cəhəti də var: şairliyi! O, həkim olmasaydı, bəlkə də şair , yazıçı , jurnalist olardı!

Çünki yaradıcı adam kimi çox istedadlıdır. Hətta onun hər hansı bir yazını gözəl redaktə etmə qabiliyyəti də var. Bal kimi, şirin söhbətlərindən doymaq olmur. Onu da deyim ki, Rafiq həkimin çox güclü mütaliəyəsi də var. Klassik və çağdaş ədəbiyyətmizı, hətta dünya , eləcə də rus ədəbiyyatını dərindən bilir! Üstəlik də onun çox şirin,dadlı, duzlu yumoru.da var. Bax adam ona görə də onun bal kimi söhbətlərindən doymur! O, beynəlxalq konfranslarda,  simpoziumlarda iştirak edir, vətənimizi bir həkim kimi xarici ölkələrdə şərəflə təmsil edir, öyrəndiklərin öz məmləkət imizdə uğurla tətbiq edir. Rafiq qardaşım 80 yaşn mübarək, Allah sənə can sağlığı versin və həmişə ucalıqda olasan!

Səni hamı çox istəyir! Amma mən səni lapppp... çox istəyirəm... Çünki sənin dünya boyda ürəyin var! Yaşın səksənə çatsa da ürəyin, qəlbin  çox cavandır. Çünki sən insan deyilsən... Sən MƏLƏKSƏN!!! Elə  sənin kimi insanlar haqqında  Xalq şairi  Musa Yaqub çox gözəl deyib:   Hardasız, hardasız mələk adamlar? Hardasız, hardasız çiçək adamlar? Bu şeytan adamlar, böhtan adamlar, Bu tıkan adamlar öldürər bizi...

TƏQVİM / ARXİV