Türkiyədə Azərbaycana qarşı informasiya hücumu - Milli Məclisin komissiyası bəyanat yaydı
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasını öz səlahiyyətləri çərçivəsində araşdırıb.
Adalet.az xəbər verir ki, bu barədə komissiyanın məlumatında bildirilib.
Qeyd olunub ki, monitorinqlər nəticəsində müəyyən edilib ki, bəlli mərkəzlər tərəfindən başladılan bu kampaniyanın məqsədi Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almaqla yanaşı, ictimai rəyi çaşdırmağa, vətəndaşlarımızda dövlətimizə və onun institutlarına qarşı inamsızlıq, habelə cəmiyyətdə qütbləşmə yaratmağa hesablanıb:
“Kampaniya əlaqələndirilmiş formada, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə aparılır. Təəssüf hissi ilə qeyd etməliyik ki, “bir millət, iki dövlət” prinsipinə daim sadiq qalan Azərbaycan və Türkiyə cəmiyyətlərində bir sıra saf niyyətli insanlar da bu məkrli kampaniyaya dəstək verirlər. Eyni zamanda, Türkiyə Respublikasının qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yaratmasına baxmayaraq, kampaniya hələ də davam edir.
O da qeyd olunmalıdır ki, əlaqələndirilmiş informasiya kampaniyasının iştirakçıları ilə bağlı Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına məlumatlar təqdim ediləcək”.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya bu cür həssas dönəmdə vətəndaşlarımızı və Türkiyədəki qardaşlarımızı diqqətli olmağa, saxta informasiyalara inanmamağa çağırır.
Digər Xəbərlər
26 Sentyabr 2026 13:56
Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakından - Görüntülər
26 Sentyabr 2026 13:49
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
26 Sentyabr 2026 13:47
Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib
26 Sentyabr 2026 12:39
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd mübadilə edilib - YENİLƏNİB
26 Sentyabr 2026 11:38
Şahin Mustafayev Novakla müzakirə apardı
26 Sentyabr 2026 11:24
"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident
26 Sentyabr 2026 11:02
"Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir" - Prezident
26 Sentyabr 2026 10:50


Bakı -°C

