AIIF çərçivəsində 12 sənəd imzalandı - YENİLƏNİB
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” adlı panel sessiyanın sonunda Azərbaycan və xarici qurumlar arasında əməkdaşlıq sənədləri imzalanıb.
Adalet.az xəbər verir ki, forumun proqramına əsasən, sənədlər investisiya, tikinti, bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq, bank, rəqəmsal texnologiyalar və digər istiqamətləri əhatə edir.
Ümumilikdə 12 sənəd imzalanıb.
***
09:32
Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində müxtəlif sahələr üzrə 12 sənədin imzalanması nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, forumun proqramına əsasən, sənədlər investisiya, tikinti, bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq, bank, rəqəmsal texnologiyalar və digər istiqamətləri əhatə edir.
İqtisadiyyat Nazirliyi ilə “ROX Group” arasında tikinti və inkişaf sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq. Sənədi iqtisadiyyat nazirinin müavini Anar Axundov və “ROX Group”un nümayəndəsi imzalayacaq.
Bununla yanaşı, Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlığa dair sənədin imzalanması nəzərdə tutulur. Sənədi Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və “ROX Group”un nümayəndəsi Ta Ngoc Da imzalayacaq.
Ələt Azad İqtisadi Zonasında yeni texnologiya əsasında silisium karbid, silisium oksidi və silisium istehsalı layihəsi üzrə də sənəd imzalanacaq. Sənədi Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov və “Inovest AFEZCO”nun təsisçisi Vitali Yevdokimenko imzalayacaq.
Forum çərçivəsində ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihələri üzrə sənəd də imzalanacaq. Sənədi Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və “iCsquared GmbH” şirkətinin nümayəndəsi Zoltan Peter Stuçlik imzalayacaq.
Ağdam Quşçuluq Layihəsi üzrə sənəd Azərbaycan Biznesinin İnkişafı Fondu, “AgroDairy” və “AGROFERT” arasında imzalanacaq. Sənədi Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov, “AgroDairy” MMC-nin baş direktoru Niyazi Əmirbəyov, “AGROFERT”in İdarə Heyəti sədrinin müavini Petr Çinar və İdarə Heyətinin üzvü Libor Nemeçek imzalayacaq.
Baytarlıq vaksinlərinin istehsalı layihəsi üzrə sənəd Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və “VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş.” şirkətinin direktoru Abdullah Tutak tərəfindən imzalanacaq.
Əczaçılıq istehsalı müəssisəsinin yaradılması üzrə sənədi Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və “Saneca Pharmaceuticals, a.s.” şirkətinin maliyyə direktoru Ondrej Draqun imzalayacaq.
Azərbaycan-Oman Birgə İnvestisiya Fondu tərəfindən “AzərTürk Bank” ASC-də səsvermə hüququ verməyən payın əldə edilməsinə dair sənəd də imzalanacaq. Sənədi Azərbaycan İnvestisiya Holdinqinin icraçı direktorunun səlahiyyətlərini icra edən Dəyanət Sadullayev və Oman İnvestisiya İdarəsinin G2G Fondları üzrə baş meneceri Saif Əl-Mahruqi imzalayacaq.
Həmçinin “Esyasoft”, SOCAR və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlığa dair sənədin imzalanması nəzərdə tutulur.
SOCAR ilə İtaliya Futbol Federasiyası arasında strateji əməkdaşlığa dair sənəd də imzalanacaq. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo imzalayacaq.
Azərbaycan və Ukrayna arasında investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair sənəd AZPROMO ilə “UkraineInvest” arasında imzalanacaq.
Bundan başqa, Azərbaycan İqtisadiyyat Nazirliyi ilə “Microsoft Ireland Operations Limited” arasında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur. Sənədi iqtisadiyyat nazirinin müavini Azər Bayramov və “Microsoft”un Rumıniya, Moldova və MDB ölkələri üzrə baş direktoru Qabriela Popesku imzalayacaq.
Digər Xəbərlər
25 Sentyabr 2026 12:03
"Öz iqtisadiyyatımıza investisiya qoymaqdan çəkinmirik" - Nazir
25 Sentyabr 2026 08:51
"Onlardan 406 müəssisə özəl sektorun təmsilçisidir"
24 Sentyabr 2026 22:26
Debet kartların satışına məhdudiyyət qoyulması ilə bağlı - Rəsmi Açıqlama
24 Sentyabr 2026 17:25
Bank kartları ilə bağlı DAHA BİR QADAĞA
24 Sentyabr 2026 13:48
Mal əti bahalaşdı - VİDEO
24 Sentyabr 2026 10:40
“Heç olmasa adamların öz halal pulundan özünə borc verilsin”
24 Sentyabr 2026 10:10
“Əldə ediləcək əlavə gəlirlərin müəyyən hissəsinin gələcəkdə gəlir yaradacaq...”
23 Sentyabr 2026 20:38


Bakı -°C

