SON DƏQİQƏ:

Vilayət Eyvazov sıra baxışı keçirdi

  12497   |  
Şriftin ölçüsü  
Noyabrın 8-də Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Əlahiddə Çevik Polis Alayında və Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən verilən məlumata görə, aidiyyatı baş idarə və idarə rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumilikdə 368 iddiaçının arasından daha hazırlıqlı olan 238 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb.

General-polkovnik V.Eyvazov ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının geniş intellektual səviyyəli, müasir texnologiyaların sirlərinə bələd olan, mükəmməl təhsil almış savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq, müstəqilliyimizi, milli maraqlarımızı hər şeydən uca tutan gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını məmnunluqla xatırladıb. Belə yüksək mənəvi, işgüzar keyfiyyətlərə malik kadrların dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətə qəbul üçün hər zaman əhəmiyyətli addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Nazir xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək gələcək xidməti fəaliyyətlərində polisin yüksək adını və mundirin şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini daim artırmalarını, öz üzərilərində səylə çalışmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, bir sözlə, vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK