ANA SƏHİFƏ / YAZARLAR

"QURAN"A ƏL BASARAM...

9197    |   2016-04-02 00:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Biz 1974-79-cu illərdə ADU-nun jurnalistika fakültəsində təhsil almışıq. Onda bizim fakültənin dekanlığı metronun "İçərişəhər" stansiyasının yaxınlığında yerləşirdi. Daha doğrusu, biz iki yerdə - bir köhnə Ali Sovetin binasının yaxınlığında "Kommunist" küçəsində dərs keçirdik, bir də "Passaj bazarı"nın yuxarısındakı Yefim Saratovda binaların birində. Belə baxanda binada elə bir qeyri-adilik də yox idi. Sadəcə olaraq bu binada bizim fakültə uzun müddət fəaliyyət göstərirdi. Binamız köhnə olsa da bizə dərs deyən, mühazirə oxuyan professor və müəllimlər çox tanınmış, istedadlı, savadlı və ədalətli ziyalılar idi...
Bir gün rus ədəbiyyatından imtahan verirdik. Filologiya fakültəsindən gəlib bizdə dərs deyən müəllimi tələbə yoldaşlarımızdan bir neçəsi bərk əsəbləşdirmişdi. O da bunun acığını hər iki qrupdan çıxırdı. İmtahan başlayan kimi bizdən əvvəlki qrupda oxuyan uşaqların 15 nəfərinə müəllim "2" yazdı. Bu xəbər ildırım sürətilə dekanlığa çatdı. Jurnalistika fakültəsinin dekanı, professor Şirməmməd Hüseynov paltosunu çiyninə atıb imtahan gedən otağa daxil oldu. Müəllimdən soruşdu ki, bu uşaqlara hansı səbəbə görə "qeyri-kafi" yazmısan. Təbii ki, müəllim fikrini əsaslandıra bilmədi və Şirməmməd müəllimin qarşısında çox aciz göründü. Şirməmməd müəllim də hiss etdi ki, imtahan götürən bizə qarşı çox qərəzlidi. Ona görə də Şirməmməd müəllimin müdaxiləsi ilə rus ədəbiyyatı kafedrasından başqa bir müəllim bizdən imtahan götürdü. "Qeyri-kafi" alan uşaqların əksəriyyəti "əla" və "yaxşı" qiymət aldılar. Yəni professor Şirməmməd Hüseynovun müdaxiləsi ilə biz tələbələrin tapdanmış hüquqları bərpa edildi və haqq-ədalət öz yerini tapdı...
Beş il o fakültədə təhsil aldıq. Biz orda ədalət, haqq, vicdan gördük. Biz orda gördük ki, Şirməmməd Hüseynov və onun "komandası" tələbələr üçün gözlərinin yağını yedizdirməyə hazırdılar. Təki onlar yaxşı oxusunlar, elm qazansınlar və gələcəkdə bir jurnalist olaraq vətənə, xalqa xidmət etsinlər. Onlar adi insan deyildilər, sanki Allahın yerə göndərdiyi mələklər idi. Bu gün də onlar barəsində yazanda həyəcanlanıram və tüklərim biz-biz olur. Bir daha həmin professor və müəllimlərin adlarını və soyadlarını xatırlatmaq istəyirəm. Qoy dünyasını dəyişənlərin ruhu şad olsun, sağ qalanların qəlbinə bir işıq hopsun: Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Nurəddin Babayev, Famil Mehdi, Seyfulla Əliyev, Əliş Nəbili, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Cahangir Məmmədov, Akif Rüstəmov, Mahmud Mahmudov, Nəsir Əhmədov...
Şirməmməd müəllim bizim fakültədə elə bir mühit, elə bir aura yaratmışdı ki, hətta kənardan gələn müəllimlər belə tələbədən bir şey uma bilməzdilər. Mən onların yerinə "Quran"a əl basaram ki, onlar tələbədən heç nə ummayıb və bir stəkan çay belə istəməyiblər. Ancaq bunun müqabilində tələbənin hüququnu, haqqını qoruyublar. Çox qəribədir ki, bu müəllimlər həmişə başqalarından seçiliblər. Mən bir dəfə həmin müəllimlərdən biri ilə küçədə rastlaşdım. 20 il əvvəl geydiyi kostyum əynində idi. O, çətinlik çəkirdi, sıxıntı içində yaşayırdı, ancaq heç vaxt tələbənin bir manatına göz dikməzdi. Əksinə, tələbəyə kömək edərdi, arxa durardı. Bu çətin zəmanədə qürurunu, ləyaqətini qoruyub saxlaya bilmək hər ziyalının, hər kişinin işi deyil. Amma həmin müəllimimiz də, sağ qalıb bu gün tələbələrə dərs deyən professorlar da şərəflərini və qürurlarını qoruya biliblər. Halal olsun onlara. Bu ziyalılıq və bu kişilik!
Professor Cahangir Məmmədov bizimlə görüşəndə deyir ki, siz fakültəni 1979-cu ildə necə qoyub getmisinizsə, həmin təmizlik, həmin şəffaflıq yenə qorunub saxlanılır. Bəlkə də Azərbaycanda BDU-nun jurnalistika fakültəsi yeganə fakültələrdəndir ki, orda 70-ci illərin təmizliyi, şəffaflığı və büllurluğu qalıb. Bunu çoxları gözəl bilir. Biz də bilirik ki, Şirməmməd müəllimin komandası gün işığı kimi nurlu, bulaq suyu kimi safdır. Və bu saflıq bu gün də qorunur.
Rəhmətlik Mircəlal Paşayev bizə "Ədəbiyyatşünaslığın əsasları"ndan dərs deyərdi. İmtahan da qəbul edəndə onun yanında assistent kimi ya Xalid Əlimirzəyev, ya Firudin Hüseynov, ya da Təhsin Mütəllibov əyləşərdi. Bizdə uşaqların əksəriyyəti çox istedadlı və savadlı idi. Mir Cəlal müəllim də bu istedadlara yüksək dəyər verərdi. İki qrupda 50 tələbə vardı. Onun yarısı "əla", yarısı da "yaxşı" qiymət alardı. Təbii ki, bu da professor, gözəl ziyalı Mir Cəlal Paşayevin son dərəcə böyük ürək sahibi olması ilə bağlı idi.
Eyni zamanda rəhmətlik Nəsir İmanquliyev, Nurəddin Babayev, Nəriman Zeynalov, Tofiq Rüstəmov da imtahan zamanı kiməsə "qeyri-kafi" qiymətlər yazmazdılar. Ən azından ona görə ki, burda təhsil alan tələbələrin əksəriyyəti istedadlı idi və yaxşı da qələmi vardı. Rəhmətlik Famil Mehdi deyərdi ki, mən istedadlı tələbə jurnalistə əlimi kəssələr də aşağı qiymət yaza bilmərəm. Aydındır ki, Famil müəllim həm də şair idi. Bizim uşaqlardan Ağalar Mirzəyə, Loğman Rəşidzadəyə, Afaq Məsuda, Rəhman Salmanlıya çox böyük hörmətlə yanaşardı. Deyərdi ki, bunların gələcəyi var. Qolundan tutub kömək eləməliyik ki, pərvazlansınlar. İndi adlarını sadaladığımız bu tələbə dostlarımızın hər birinin imzası oxuculara yaxşı tanışdır.
Bir dəfə də Şirməmməd müəllim bizdən "Xarici ölkələrin mətbuat tarixi" fənnindən imtahan qəbul edirdi. Bileti çəkdim, suallara cavab verdim. Dedi ki, mən sənə Allahsız Pənah yazdığı qiymətdən yazmaq istəyirəm. Pənah müəllim də bizə "Elmi ateizm"dən dərs demişdi və mən də ondan "əla" qiymət almışdım. Şirməmməd müəllim soruşdu ki, "Humanite" qəzetinin baş redaktoru kimdi? Sözün düzü, dəqiq cavab verə bilmədim və əvvəlki redaktorun adını dedim. Bu vaxt mənə dedi ki, qulağını bura gətir: "Az göp elə. Sən dediyin redaktor əvvəllər olub". Amma buna baxmayaraq, yenə Şirməmməd müəllim mənə hörmət edib "əla" qiymət yazdı. Çünki o bilirdi ki, tələbə əlaçı olanda daha yüksək təqaüd alacaq.
Ümumiyyətlə, bizim müəllimlər bayaq dediyim kimi, tələbələri üçün ürəklərini verirdilər, canlarını, ömürlərini şam kimi əridirdilər və biz də onların etimadını doğrultmağa çalışırdıq.
Bizim tələbəlik illərimiz çox gözəl günlərə təsadüf edib. Amma həmin günlərin qədrini o vaxtlar bilməmişik. İndi Loğman Rəşidzadə ilə, Rəhman Salmanlı ilə, Flora Sadıqova ilə, Yeganə Rəhimova ilə həmin günləri xatırlayanda deyirik ki, biz müəllimlərdən dərs almamışıq, mələklərdən dərs almışıq. O insanlar sözün həqiqi mənasında, Allahı sevən, Allahı tanıyan, millətinə və xalqına təmənnasız xidmət edən ziyalılar olublar. Və biz də o ziyalılardan, o işıqlı insanlardan çox şeylər öyrənmişik. Biz onlardan elm, təhsil, mədəniyyət, əxlaq və təvazökarlıq əxz etmişik. Və həmişə də qürur duymuşuq ki, biz Şirməmməd müəllimin "komandasının" təhsilini və tərbiyəsini görmüşük.
Onlar gün işığı kimi bir varlıqdılar və gün işığı kimi varlıqdan bu gün də tələbələr nur alırlar. Belə ziyalılardan, belə müəllimlərdən, belə professorlardan hər an, hər dəqiqə nəsə öyrənmək, əldə etmək insana ucalıq gətirir. Professor Şirməmməd Hüseynovun 90 yaşı olsa da M.Ə.Rəsulzadə ilə bağlı arxivlərdən heç kimin bilmədiyi sənədləri üzə çıxarıb kitab şəklinə salıb və öz təqaüdü hesabına onu çap etdirib. Bunu kim edər?
Təbii ki, bunu damarlarından türk qanı axan, qəlbi və ürəyi bu vətənə, bu elə bağlı olan böyük ziyalılar eləyə bilər. Və tarix də zamanından və məkanından asılı olmayaraq adını və soyadını sadaladığım ziyalıları gün işığı kimi həmişə yaşadacaq. O gün işığı ki bundan çoxları nur alacaq, haqqı, ədaləti bərpa edəcək və özünü tapacaq...



YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK