Köhnə sənədlərlə daşınmaz əmlakın qeydiyyatı asanlaşdı
Azərbaycan Respublikası Prezidenti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlərin siyahısında dəyişiklikləri təsdiqləyib.
Adalet.az xəbər verir ki, fərmana əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək mövcud olan sənədlərlə hüquqların tanınması üçün əsaslar genişləndirilib.
Dəyişikliyə görə, əvvəlki illərdə - xüsusilə SSRİ dövründə və 2001-ci ilə qədər verilmiş sənədlər (məsələn, torpaq kitablarından çıxarışlar, sovxoz və kolxoz qərarları, texniki pasportlar, yerli icra orqanlarının qərarları və layihələr) əsasında da daşınmaz əmlakın hüquqi qeydiyyatı mümkün olacaq.
Eyni zamanda, fərmanda bu sənədlərin milli arxiv fondunda əsası olduğu halda hüquqi qüvvəyə malik olacağı vurğulanır.
Sənəd həmçinin 2015-ci ildə qüvvəyə minmiş əvvəlki fərmanlardan birində yer alan müvafiq bəndin ləğvini də nəzərdə tutur. Bu dəyişikliklər hüquqi qeydlərin daha şəffaf və əlçatan olmasını təmin etməyə yönəlib.
Digər Xəbərlər
21 Iyul 2026 18:03
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
21 Iyul 2026 16:51
"Vətənə xəyanət edənlərə yazığım gəlir" - Hikmət Hacıyevdən Tural Sadıqlıya sillə kimi cavab - VİDEO
21 Iyul 2026 16:34
"Bioloji Təbabət"in rəhbəri jurnalistlərə hücum etdi - VİDEO
21 Iyul 2026 15:32


Bakı -°C

