16 Iyul 2025 16:37
132
SİYASƏT

İpoteka qaydalarında dəyişiklik edildi - FƏRMAN

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na dəyişiklik edilib.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb. 

Dəyişikliyə əsasən, 3.1.8-ci yarımbəndə “faizindən” sözündən sonra “(Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin qiymətinin 90 faizindən)” sözləri əlavə olunub.

3.1.10-cu yarımbəndin birinci cümləsinə “faizindən” sözündən sonra “(Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 75 faizindən)” sözləri əlavə edilib.