Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir

İsrail hökumətinin başçısı Binyamin Netanyahu Suriyanın Əs-Süveyda bölgəsində və cənub-qərbində vəziyyətin gərginləşməsi fonunda İsraildən olan druzlara müraciət edib.
Adalet.az-ın məlumatına görə, Netanyahu bu barədə “X” sosial şəbəkəsində yazıb.
"Əziz həmvətən druzlar, İsrail vətəndaşları, Suriyanın cənub-qərbindəki Əs-Süveydada vəziyyət çox ciddidir. İsrail Müdafiə Qüvvələri, Hərbi Hava Qüvvələri fəaliyyət göstərir, digər qüvvələr də cəlb olunub. Biz druz qardaşlarımızı xilas etmək və quldur rejim dəstələrini məhv etmək üçün çalışırıq", - Netanyahu qeyd edib.
O, hazırkı şəraitdə Suriya ilə sərhədi keçməyin son dərəcə təhlükəli olduğunu vurğulayıb: "Siz həyatınızı riskə atırsınız. Buna görə də sizdən xahiş edirəm, evlərinizə qayıdın, İsrail Müdafiə Qüvvələrinin fəaliyyət göstərməsinə imkan verin".
Digər Xəbərlər

BƏƏ Prezidenti Türkiyədə səfərdədir

Xamənei ABŞ və İsraili məhkəməyə verməyə çağırıb

Baxçalı Öcalanla danışıqlar aparan DEM Partiya heyəti ilə görüşdü

Əkrəm İmamoğlu azadlıqdan məhrum edildi

Paşinyan nəqliyyat dəhlizlərinin açılmasından danışdı

"Sülh müqaviləsinin paraflanması ideyası var" - Paşinyan

Türkiyə vitse-prezidenti: 15 iyul çevriliş cəhdinin arxasında xaricdəki dairələr durur
