Sosial müavinət alanların sayı niyə artıb? - AÇIQLAMA
"Bu ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 20 min artaraq 865 min nəfərdən çox olub. Onların 462 mindən çoxunu aylıq sosial müavinət, 403 mindən çoxunu isə təqaüd alanlar təşkil edib".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, ötən ilin eyni dövründə 448 min nəfərdən çoxu aylıq sosial müavinət, 397 min nəfərdən çoxu isə təqaüd alanlar idi:
"Rəsmi statistika göstərir ki, artımlar daha çox aylıq sosial müavinət alanların sayı ilə bağlı olub. Belə ki, həmin vətəndaşlarımızın sayında 14 min artım qeydə alınıb. Bu isə birbaşa aylıq sosial yardımların dairəsinin genişlənməsi və bəzi proqramlar ilə məlumatlandırma səviyyəsinin artması ilə bağlıdır. Belə ki, 2025-ci ilin əvvəlində Azərbaycanda 334 mindən çox şəxs ünvanlı dövlət sosial yardımı alıb. Ötən ilin əvvəlinə bu göstərici 275 min idi. Göründüyü kimi, sosial proqramların dairəsinin genişləndirilməsi və daha çox vətəndaşlarımızı əhatə etməsi aylıq müavinət alanların sayında artım ilə müşahidə edilib".
Digər Xəbərlər
25 Iyul 2026 17:47
Ağdamda xəstəxana tikintisinin davamına 17 milyon manat xərclənəcək
25 Iyul 2026 09:53
Azərbaycan nefti ucuzlaşdı
24 Iyul 2026 09:44
“Almaniya Avropada təbii qaza ən çox tələbatı olan ölkədir”
23 Iyul 2026 17:12
Xəzər konsorsiumu neft nəqlini dayandırdı
23 Iyul 2026 11:21
“Bu əməkdaşlıq Azərbaycanın valyuta gəlirlərini artırmaqla yanaşı...”
23 Iyul 2026 09:52
Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı
22 Iyul 2026 10:06
Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edildi
22 Iyul 2026 09:39


Bakı -°C

