15 Iyul 2025 16:46
181
İDMAN

UEFA Azərbaycanın 9 klubuna ödəniş etdi

UEFA Həmrəylik ödəmələri çərçivəsində Azərbaycanın 9 klubuna ödəniş edib.

Adalet.az xəbər verir ki, 2024/2025-ci illər mövsümü üçün ayrılmış 1.279.000 (bir milyon iki yüz yetmiş doqquz min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

“Qarabağ” istisna olmaqla, hər bir komanda – “Neftçi”, “Səbail”, “Araz-Naxçıvan”, “Sumqayıt”, “Sabah”, “Şamaxı”, “Zirə”, “Turan Tovuz” və “Kəpəz” 142.111 avro məbləğində ödəniş alıb.