Belə igidlər Vətəndi, Bayraqdı... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
141 | 2025-07-13 12:17

 Bizim çox qəhrəmanlarımız, uğurlarımız olub.Və onların hər bir haqqında da bir roman, bir povest, bir poema, bir bədii film çəkmək olar... Sovet dönəmində bir çox halda bu yazılar qələmə alınıb və film çəkilib.Eyni zamanda Birinci Qarabağ müharibəsindən əsgərlərimizin qəhrəmanlığını tərənnüm edən" Fəryad", "Dolu" filmləri lentə alınıb.

Başqa əsərlər və filmlər də var, ancaq adını çəkdiyimiz filmlər kimi  tarixə qızıl hərflərlə yazılmayıb. İkinci Qarabağ savaşında beş ildən çox vaxt ötüb. Təəssüf ki, bu günə kimə o igidlərimizdən , o qəhrəmanlarımızdan sanballı bir nə bədii əsər, nə də film çəkilib.Kimi gözləyirik? Bəlkə  kimlərsə, gəlib bizim  əvəzimizə onlar barəsində roman yazacaq, kino çəkəcək? Hər halda bu işləri biz görməliyik! Milli Qəhrəman Natiq Qasımov  döyüşdə onlarla ermənini öldürüb, hətta mühasirədə  olanda belə  son gülləsinə qədər günlərlə ermənilərlə ac- susuz vuruşub.Onu ermənilər yaxalayanda sağında və solunda erməni əsgəri olsa da, bayrağımızı əlindən ala bilməyib.

Və o bayraqla birlikdə şəhid olub.Bundan böyük qəhrəmanlıq olar?! Bəs biz niyə bu igid oğlu barəsində bu günə kimi ona  bir əsər, bir film ortaya qoya bilməmişik!!! Bu yaxınlarda Azərbaycan Aşıqlar Birliyinin sədri ,professor, tələbə dostum və qardaşım Məhərrəm Qasımlı ilə görüşdüm. Və bu barədə ətraflı söhbət elədik. Məlum oldu ki, dostumuz Milli Qəhrəman Natiq Qasımov haqqında gözəl bir şeir yazıb. Məhərrəm müəllim dedi ki, Allah qoysa, bu igidimizi vəsf edən poema qələmə   alcam.

O şeri oxudum və çox xoşuma gəldi. Orxan Paşanın ( Məhərrəm Qasımlı)  " Bayraq oğul" şeirini bir daha oxucularımızın diqqətinə çatdırırıq:        

 

Şığıdın  Oğuz elindən,

Çağırdı Qarabağ, oğul.

Dədəmiz Qorqud dilindən,

Dastanını soraq oğul.    

 

Bayrağın bağrın başında,

Yenilmədin savaşında.

Düz iyimi bir yaşında,

Oldun yurda dayaq, oğul.    

 

Qeyrət yeridi qanına,

Ərənlik  gəldi canına,.

Atıldın cəng meydanına,

Qocaqdan da  qoçaq oğul.      

 

Qədim alban məbədində ,

Döyüşüb qaldın çətində,

Orda namus- qeyrətin də ,

Oldu sənə yaraq  , oğul.    

 

Tək canına əlli dəfə,

Atəş açdın yüz tərəfə,

Döndün alınmaz hədəfə,

Vətən oğul, torpaq oğul.      

 

Verə -  verə cavabını ,

Kəsdin yağının tabını,

Türkün mərdlik kitabını,

Yazdın varaq- varaq oğul.  

 

O günün qılıncı sənsən,

Güvənci, əlacı  sənsən,

O məbədin tacı sənsən,

Ay müqəddəs  ocaq, oğul.    

 

Sən ordunun nərəsində ,

Sən yurdumun ər səsində,

Qoç igidlər cərgəsində,

Başda duran  qıvraq oğul.        

 

Qoy görsünlər bu oğulu,  

Duruşundan göy dağılır.

Sən gerçək bayraq nağılı-  

Bayraqlaşan  bayraq oğul!!!

TƏQVİM / ARXİV