16 Iyul 2025 13:09
92
HADİSƏ

İsti havalarda qəzalar çoxalır...

Son bir həftədir ki, respublika ərazisində  şiddətli istilər olur. Bu da heç şübhəsiz nəqliyyat vasitələrinin idarə edilməsində bir çox problemlərin yaranmasına rəvac verir. Belə ki, isti havalarda kondisionersiz  avtomobillərdə mənzil başına  getmək daha da çətinləşir.

Həm sürücülər, həm də şərnişinlər  çətin anlar yaşayırlar. Belə istilərdə avtomobilləri idarə edən sürücülər təhlükəli vəziyyətlə  üzləşir. Çünki isti havalarda və kondisioneri olmayan avtomobili sürücü  idarə edərkən sükan arxasında yatır və ağır  qəzalar törədir. Ona görə də  müsbət 38 dərəcədən artıq isti olanda hər bir sürücü diqqətli olmalı, yuxuladıqda və yatdıqda avtomobilı yolun hərəkət hissəsindən  kənara çəkməli, dincəlməsi və üzünü soyuq su ilə yumalıdır.

Bu məqsədlə resbublakanın avtomobil yollarında yol polisinin stasionar postlarında əlverişli şərait yaradılıb. Bu məsələlərə əlaqədar  Baş  Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı qabaqlayıcı tədbirlər görüb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin  əməkdaşı Elvin Hacıyev  profilaktik tədbirlərlə bağlı əməkdaşımıza deyib ki, hər yay mövsümündə bir çox sürücülərin sükan arxasında yuxulaması nəticəsində  ağır qəzalar baş verir. Ona görə də belə yol- nəqliyyat hadisələrinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görürük.  

Belə ki, isti yay günlərində sürücülər stasionar postlarda  əməkdaşlarımız tərəfindən saxlanılır.onlarla səmimi söhbətlər edilir və deyilir ki, isti günlərdə  kondisionersiz maşınlarla yola çıxmasınlar və sükan arxasına 8 saatdan artıq əyləşməsinlər. Yorulanda isə nəqliyyat vasitələrini stasionar postda saxlasınlar. Çünki onların dincəlməsi  və üzlərinin yuyulması üçün biz orada hər cür şərait yaratmışıq.

Sürücülər  arasında belə maarifləndirmə tədbirlərinin aparılması heç şübhəsiz görülən  işlərə müsbət təsir edir və ağır qəzaların baş verməsinin  bir çox halda qarşısını alır! Ona görə də sürücülər bizim tövsiyələrimizə birmənalı olaraq əməl etməlidir!

Emil Faiqoğlu