Tramp publikaya işləyir... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
138 | 2025-07-16 12:42

Daha əvvəl Tramla Putinin arasında müəyyən bir bağlılığın olması barədə şübhələlərimiz olduğunu yazmışdıq. İndi son günlər baş verən hadisələrin gedişi şübhələrimizi bir az da artırır.

  Bu ayın əvvələrində İki dövlət başçısının arasında baş tutan telefon danışıqlarından sonra, Trampın Putinin çətin adam olduğunu vurğulaması, onunla danışmağın mümkün olmayacağını, bu telefon danışıqlarından sonra, guya Rusiya prezidentindən incidiyini və narazı qaldığını bəyan etmişdi. 

 Lakin, görünən odur ki, Ağ Evin sahibi, Rusiya prezidenti Vladimir Putinə qarşı guya münasibətinin dəyişdiyini yalnız publikaya nümayiş etdirmək üçün edir. Trampın son bəyənatı, hələ o demək deyil ki, o, artıq Rusiya prezidentiə arxa çevirir.

 ABŞ prezidenti Putindən incidiyini, ondan narazı qaldığını deyə bilər. Lakin ABŞ prezidenti hələ bu günədək Rusiyanı və onun başçısını nəinki  işğalçılıqda günahlandırmayb, əksinə bir ara Ukraynanı başqasının torpağını işğal erməkdən belə çəkinməyib və hətta Kiyevi Rusiya tərəfindən işğal olunmuş ərazilərindən əl çəkməyə belə çağırmışdı.
  
 Yadınızdadırsa, o vaxtlar ABŞ İranın nüvə proqramı üzrə razılaşma əldə edə biməməsindən dərhal sonra, bu ölkəyə qarşı ard-arda sərt sanksiyalar tədbiq edilməsinə başladı. Eyni məsələ, İraqla guya kimyəvi silah istehsalını bəhanə edib, dərhal hərbi müdaxilə edərək hücuma keçdi və Səddam rejimini tarixə gömdü. Eyni həmlələr qısa vaxt kəsiyində Liviyaya, Suriyaya qarşıda aparıldı. 

 Lakin, prezident  kürsüsünə əyləşdiyi altı ay ərzində hələ ki, bu günədək Rusiya lideri Vladimir Putinə qarşı, ən azından formal olaraq hər hansı bir saksiya tədbiq etməyə belə cəhd etmir.
Donald Tramp yalnlz "ciddi tədbir" görüləcəyi ilə bağlı verdiyi vədin günlərinin sayının artırılıb, azaldılması ilə təhdit etməklə vaxt uzadır. 24 saat, bir həftə, 100 gün, 6 ay və ən axırlncısı 50 gün. Yəqin ki, bu da  sonuncu rəqəm olmayacaq...


 

TƏQVİM / ARXİV