"İki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır" - Prezident
Azərbaycanla Türkmənistan arasında tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, bu səfər Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək:
“Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq”.
Digər Xəbərlər
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10
“Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez...”
24 Iyul 2026 17:23
MM ABŞ Konqresinin açıqlaması ilə bağlı məlumat yaydı
24 Iyul 2026 16:28
Prezidentdən Rəşad Aslanovla bağlı SƏRƏNCAM
24 Iyul 2026 16:01
Dünya böyük müharibəyə doğru gedir... - Səxavət Məmməd yazır
24 Iyul 2026 12:03


Bakı -°C

