İranın Çinə neft ixracı günlük 1,7 milyon bareli keçib

İranın Çinə neft ixracı gündəlik olaraq 1,7 milyon bareli keçib.
Adalet.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların hesabatlarında bildirilib.
Məlumata görə, bu, rekord göstərici sayılır.
Rəsmi statistika və beynəlxalq təşkilatların təhlili göstərir ki, İranda neft hasilatı 2025-ci ildə gündə 3,5 milyon bareli keçəcək, bu da yeni yataqların işlənməsi, köhnə rezervuarların əsaslı təmiri və yerli texnologiyaların tətbiqi ilə əlaqədardır.
“Vertaxa”nın məlumatına görə, Çinin İrandan neft idxalı 1-20 iyun tarixləri arasında rekord həddə - gündə 1,8 milyon barelə çatıb.
Qeyd edək ki, İran Çinə gündə təxminən bir milyon barel neft ixrac edirdi. Bu, ayda təxminən 30 milyon barel deməkdir.
İran Çinin əsas neft tədarükçüsüdür. Başqa sözlə, İslam Respublikasının neft ixracının böyük hissəsi Çinə gedir. “Kepler” analitik şirkətinin məlumatına görə, 2020-2023-cü illər ərzində İranın Çinə neft ixracı üç dəfə artaraq gündə bir milyon barelə çatıb.
İrandan Çinə neft ixracının həcmi Çinin tələbatı, İranın hasilat səviyyəsi və ABŞ sanksiyalarının təsiri kimi müxtəlif amillərdən asılı olaraq dəyişə bilər. Buna baxmayaraq, Çin İran neftinin əsas alıcısı olaraq qalır.
Digər Xəbərlər

Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Azərbaycanda bu sahibkarların reyestrinin aparılmasına başlanılır

Sosial müavinət alanların sayı niyə artıb? - AÇIQLAMA
