Hamilə qadının ölməsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Culfa rayon sakini Allahverdiyeva Gülcan İlham qızının rayon xəstəxanasından Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə aparılarkən yolda ölməsi ilə bağlı Culfa rayon prokurorluğuna daxil olmuş məlumat əsasında aparılan cinayət işinin istintaqı tamamlanıb.
Adalet.az xəbər verir ki, istintaqla Culfa Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin mama-ginekoloqu vəzifəsində işləyən Ağayeva Zülfiyyə Hüseyn qızının öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq etməsi nəticəsində G.Allahverdiyevaya hamiləliyi dövründə qüsurlu tibbi xidmət göstərməsi, hamiləyə antenatal xidməti tam həcmdə aparmaması, nəticədə hamilə qadının ölməsinə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Zülfiyyə Ağayevaya Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, yəni, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Culfa rayon Məhkəməsinə göndərilib.
Digər Xəbərlər

Bakıda marketlərdən oğurluq edən 2 nəfər saxlanıldı

Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT

Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı

İtkin düşmüş kimi axtarılan 3 nəfər tapılıb

Polis 11,8 kq narkotik vasitə aşkarlayıb

Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi
