16 Iyul 2025 10:40
222
KRİMİNAL

İtkin düşmüş kimi axtarılan 3 nəfər tapılıb

İyulun 15-də polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.