ANA SƏHİFƏ / YAZARLAR

STALİNƏ SÖYMÜSƏN...

16892    |   2012-12-29 01:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Allahın icazəsi və razılığı olmadan heç bir bəndə bir addım belə ata bilməz. Tək bununla məsələ bitmir. Hər hansı addımı atanda istər-istəməz adam deyir: "Allah qoysa, filan işi görəcəm", amma heç kim demir ki, özbaşıma hansısa işi aşıracağam...

Dünən Türkiyə telekanallarında bir verilişə baxırdım. Canlı yayımda bir insan məscidin içərisində namaz qılırdı. Özü də tək idi və yanında heç kim yoxuydu. Namazını qılıb qurtarana az qalmış axırıncı dəfə başını möhürə yaxınlaşdıranda geriyə qayıtmadı. Elə başı möhürdə qaldı. Kənardan baxanlar bir şey anlamadı. Hamı buna təəccübləndi. Yaxınlıqdakılardan bir neçəsi namaz qılan kişiyə yaxınlaşıb ayağa qaldırmaq istəyəndə gördülər ki, o keçinib.

Canlı yayımda danışan diktorsa deyirdi ki, Allah-Təala hər adama belə xoşbəxt və rahat ölüm bəxş eləmir. Ancaq sevdiyi insanları və əməli-saleh adamları belə ölüm verir və götürüb öz dərgahındakı cənnətə aparır. Diktor onu da dedi ki, kaş mənə də Allah belə bir ölüm bəxş eləyəydi...

Bayram əhval-ruhiyyəsi olduğuna görə, yazımı nikbin notlar üstündə kökləmək istəyirəm. Bir gün kişi evə gəlir və arvada deyir ki, yaxşı bir plov dəmlə, altına da toyuq qoy. Sənin bişirdiyin belə plovun dadından doymaq olmur.

Arvad:

- A kişi, denən ki, Allah qoysa, o plovu bişir...

Kişi əsəbi halda dillənir:

- Ay arvad, az danış. Allah qoydu-qoymadı, onsuz da həmişə o plovu bişirmisən, mən də yemişəm. Bu dəfə də dünya dağılmayacaq ki?!

Arvad başının aşağı salıb və naşükür ərinə bir söz demədən mətbəxə keçib bir neçə saatın ərzində plovu dəmləyir. Plovu dəmləyəndən sonra ondan bir boşqab çəkir və üstünə də qızartdığı toyuğu qoyub kişinin qarşısına gətirir. Kişi əlini plova uzatmaq istəyəndə qapı döyülür.

Kişi:

- Kimdi?

- Polisdəndir.

Arvadı qapını açır və polislər o kişiyə deyirlər ki, durub bizimlə idarəyə getməlisən. Çünki bir adam öldürülüb, orda şübhəli şəxs qismində mütləq dindirilməlisən? Kişi də and-aman edir ki, siz nə danışırsınız, mən ömrüm boyu bir toyuq başı kəsməmişəm, o ki, qala adam öldürəm?!

Polis əməkdaşı:

- Bunları idarədə aydınlaşdırarıq...

Kişini polis idarəsinə aparırlar, orda istintaq hərəkətləri olunur və aydınlaşır ki, həmin ölümdə bu kişinin əli yoxdur. Səhərə yaxın kişini polis idarəsindən buraxırlar. O da gəlir evinə, qapını döyür. Arvadı soruşur ki, kimsən?

Kişi:

- Allah qoysa, sənin ərinəm.

Bax, beləcə hər şey həmin kişiyə dərs olur və bir iş görməmişdən öncə həmişə Allah qoysa deyir...

***

Stalinin hakimiyyəti dövründə bizim kənddə bərk tutatut olur. Yəni bir balaca şübhələndikləri adamları o dəqiqə yaxalayırlarmış və sonra da Sibirə göndərirmişlər. Sibirə də gedən heç vaxt kəndə qayıtmırmış. Kənddə də loru dildə demiş olsaq, bir "işverən" varmış. Kimin yanına gedib bir şey istəyəndə və o da verməyəndə o dəqiqə həmin adamı şərləyirmiş.

Bir gün də həmin "işverən" gəlib pambıqçılıq briqadirinin yanına deyir:

- Görürəm, sən çox yaxşı pambıq yetişdirmisən. Buna söz ola bilməz. Amma maşallah, yaxşı da otluq sahən var. Deyirəm, icazə versəydin, o çalmadan ot biçərdim, bir araba da mən aparardım.

Briqadir bir aşağı baxır, bir də yuxarı və sonra da dillənir:

- Ay rəhmətliyin oğlu, özümün nə qədər mal-qaram var. Deyirlər ki, qış da sərt olacaq. Mən nə təhər eləyim, öz heyvanlarım ac qalsın, səninkilər kef eləsin?

"İşverən" görür ki, briqadir onun sözünü qulaqardına vurur və o dəqiqə başlayır şər-şəbədə deməyə:

- Ə, utanmırsan, ağsaqqal kişisən, özün də Stalinə söyürsən. Qorxmursan, səni qulaq eləyib, Sibirə göndərərlər. Bu papaq mənə haram olsum, gedib "İNKVEDİ"yə deyəcəyəm ki, briqadir Əhməd kişi Stalini söyür...

Bu sözləri eşidəndə Əhməd kişinin boğazı quruyur və onu əsməcə tutur, "işverən"ə yalvarmağa başlayır:

- Dədəm-nənəm sənə qurban. Məni balalarımın başına çevir. Bir araba ot istəmirdin, sənə üç araba ot verərəm. Təki məndən əl çək!

Briqadir biçilmiş ot sahəsindən "işverən"ə üç araba ot verir və sonra da rahat nəfəs alır və öz-özünə deyir:

- Zalım oğlu, məni Sibirə göndərtmişdi, amma üç araba otla canımı bu əclafdan yaxşı qutardım...

Beləcə, "işverən" kimdən nəsə qopartmaq istəyirdi, həmin adamı şərləyirdi. Günlərin birində də o "işverən" rəhmətə getdi və onun yas yerinə kənddən çoxu getmədi. Dedilər ki, belə bir əclafdan canımız yaxşı qutardı...

***

Bir gün kəndimizdə Səməd adlı oğlan Cəfər Cabbarlının "Oqtay Eloğlu" tamaşasındakı məşhur rolu səhnədə ifa eləyir. Camaat da deyir ki, ayə, vallah, bu Səmədin yiyəsi yoxdu. Zalım oğlu, zalım nə Allahdan qorxur, nə də camaatın qınağından. Gündə bir hoqqa çıxarır. Gah Oqtay olur, gah Mirzə Səməndər olur, gah da nə bilim, nə. Axırı da bir gün onu kəndin mollaları salacaqlar ayaqlarının altına və dəli inək balasını ayaqlayan kimi tapdalayacaqlar.

Səməd də elə-belə Səməd deyildi. Çox baməzə, çox istedadlı və çox da şirindil oğlan idi. Elə bu gün də Səməd yaşayır, ancaq kənddə yox Bakıda. Hərdənbir görüşüb bir stəkan çay içirik. Deyir ki, mən Səməd olmasaydım, nə Vaqif Bəhmənli, nə də Faiq Qismətoğlu olmazdı. Çünki siz mənə baxıb yazı-pozu işləri gördünüz. Day bilmirəm bunu Səməd nə dərəcədə düz və yalan deyir, amma bir onu bilirəm ki, ədəbiyyata, şeirə, sənətə bizdə o, böyük maraq yaradıb.

Səməd bir gün kəndin ortasından keçən dəmiryol xəttinin üstüylə gedirmiş, birdən qarşısına kəndin vəzifəli adamlarından biri çıxır. Həmin kişi də ortaboylu, bir adam idi. Başına şlyapa qoyardı və əlini də arxasında çarpazlayıb gedəndə dəmiryolun üstündə Səmədlə üzləşir.

Kişi:

- A Səməd, eşitmişəm kənddə teatr çıxardırsınız. Bala o teatrın adı nədir?

Səməd:

- Dayı, "Özümüz bilərik".

Kişi bu sözləri eşidəndə əsəbiləşir və deyir ki, ə, utanmazın biri utanmaz, belə böyümüsən ki, ağsaqqalla danışmağı da bacarmırsan. Bu dəqiqə gedib sənin böyük qardaşın Qəribin qarşısın kəsəcəm, deyəcəm ki, Səməd qudurub. Nə böyük yeri bilir, nə də kiçik.

Kişi dəmiryoldan aşağı enib Səmədin qardaşı Qəribi səsləyir:

- Ay Qərib, hey!

Səsə Qərib çıxır və görür ki, kəndin hörmətli bir adamı onların qapısının ağzında durub. O, kişini evə dəvət edir. Amma görür ki, həmin adamın sifətinə çırtma vursan, qan çıxar. Ona görə də soruşur:

- Ağsaqqal, xeyir ola, məni çağırmaqda?!

Kişi:

- Ə, əsəbimdən ürəyim partlayır. Səmədi görmürsən, dünən yumurtadan dınq eləyib çıxıb, indi məni ələ salır. Deyirəm, ay oğul, eşitmişəm kənddə teatr çıxarırsınız. Onun adı nədir? Deyir ki, özümüz bilərik.

Qəribi gic gülmək tutur. O da güləndə kişi bir qədər də əsəbiləşir. Qərib görür ki, kişi əsəbiləşir və deyir:

- Başına dönüm ay dayı, biz hamımız sənin kiçiyinik. Səməd də qələt eləyər, sənin üzünə ağ olar. Özümüz bilərik deyəndə, o Şıxəli Qurbanovun "Özümüz bilərik" tamaşasını nəzərdə tutub. Yoxsa Səməd nə karədir ki, sənin üzünə ağ ola!

Ortaboylu və şlayapalı kişinin hirsi soyuyur və dillənir:

- Deyirəm axı, Qəribin qardaşı Səməd heç vaxt mənim üzümə ağ olmaz. Günah bizdədir ki, o tamaşaya bir dəfə belə baxmamışıq. Allah qoysa, Səmədin iştirakı ilə olan tamaşaya gedib baxarıq və hər şeyi bilərik.

Bax belə. Səməd də o kişidən canını belə qurtarır...

FAİQ QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK