ANA SƏHİFƏ / YAZARLAR

QARAKƏND SƏMASINDA YAZILAN TARİX

91839    |   2015-11-21 02:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çar Rusiyasının himayədarlığı və fitnəsiylə millətimizə düşmən kəsilən kinli, məkrli ermənilərsə həmişə bu torpaqlara sahiblənmək, onun sayəsində xəyali "Böyük Ermənistan" dövləti yaratmaq arzusunda olublar. Qonaqsevərliyimizin, ürəyiyumşaqlığımızın, tolerantlığımızın və unutqanlığımızın acı nəticələrini isə həmişə dadmışıq. Qardaş kimi bizə sığınan qarı düşməndən heç vaxt bizə dost olmayıb. Üzə gülüb, arxadan vuran bu riyakar millətin qonşuluğunun əzabını həmişə çəkmişik.
Xalqımız rus-erməni birləşmiş cani ordusunun törətdiyi 20 Yanvar faciəsinin şokundan çıxmamış yeni böyük bir faciə də yaşadı o gün - 20 noyabr Qarakənd faciəsini.
Bu faciə nəticəsində həmin dövrdə ölkənin durumunun nə dərəcədə ciddi kritik olduğunu anlayaraq onu araşdırmaq, çıxış yolu tapmaq üçün çalışan, Azərbaycanın qaymaqları olan igid oğulları - dövlət katibi Tofiq İsmayılov, ölkənin baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Osman Mirzəyev, Alı Mustafayev və bir çox dövlət məmurları həlak oldular.
Qarakənd faciəsi 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında baş vermişdi.
1991-ci il 7 noyabrda Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Səbəb bu idi ki, Dağlıq Qarabağ ərazisində müharibə gedir və hansı xalqın, yəni Azərbaycan türkləri və ya ermənilər, sıxışdırıldığı məlum deyil. Bu səbəbdən də onlar razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər. Onlar əvvəlcə Ağdama, bir neçə saat sonra isə Xocavənd istiqaməti ilə birbaşa Xankəndiyə helikopter ilə getdilər. Helikopter Xocavəndin Qarakənd kəndi səmasında olan zaman vuruldu.
Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da helikopterdə olublar. Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndidə yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verildi) İ.Lazutikə 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı") cinayyət işi açdı. Polkovnik İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya "...ermənilər göstərib..." Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Helikopterin "qara qutusu"nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi belə bir məlumatda yaydıki "qara qutu" "istidən" və yanğından", "partlayışdan" (onun sozləridi)... sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki "qara qutu" Gəncədəki helikopter təmiri zavodunda aşkarlana bilərdi. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur.
Əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan helkopteri silahlı mühafizə helikopteri müşaiyət etmirdi? Niyə onların hamısı bir helikopterdə idi - sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına zidd idi və bu faktlar düşmən xislətini açıq-aydın göstərsə də, cinayət cəzasız qaldı. Xalqımızın say-seçmə, dəyərli oğulları öz itkiləri ilə bir anın içində xalqın belini bükdü, göz yaşına boğdu. Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi, İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror, Məhəmməd Əsədov - Daxili İşlər naziri, Zülfü Saleh oğlu Hacıyev - Baş nazirin müavini, Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili, Vəli Məmmədov - millət vəkili, Osman Mirzəyev - Prezident Aparatında şöbə müdiri, Qurban Namazəliyev - nazir müavini, Rafiq Məmmədov - dövlət katibinin köməkçisi, Alı Mustafayev - telejurnalist, Arif Hüseynzadə - AzTV-də işıqçı, Fəxrəddin Şahbazov - video-operator.
Bu millətə zərbə vurmaq üçün onun aydınlarını məhv etmək istəyən qarı düşmən istəyinə çatmadı. Amma bütövlükdə bu tarix də millətin oyanışını durdura bilmədi, əksinə o gün şanlı səhifəyə çevrildi - xalqın, dövlətin və bütövlükdə Azərbaycan adlı mövcudluğun tarixində. Biz bu gün həmin tarixin Qarakənd səmasında yazıldığını qürurla xatırlayırıq.



YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-04-21
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK