hacklink Adalet.az | "HACILAŞMA" BƏHSİ Adalet.az | "HACILAŞMA" BƏHSİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"HACILAŞMA" BƏHSİ

16401    |   2015-10-03 09:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Əvvəllər Hacı adına malik iki-üç adam olardı el-obada, onlar da həqiqətən imanlı, "ətəyində namaz qılası" adamlardı... İndi kütləvi "hacılaşma" prosesi gedir və Həccə imansız gedənlər imansız da dönrülər...
Bu ilin müqəddəs Həcc ziyarətində baş verən hadisələr əsl məhşəri xatırlatdı. "Qıl Körpü" misallı dar keçiddən kütləvi insan axınının bir-birini itələyə-itələyə, çığırtı səsləri göylərə ucalaraq, kimsə kimsəni önəmsəmədən - qoca, xəstə, uşaq, qadın bilmədən ancaq qaçıb öz canını qurtarmaq istəməsi məhz məhşərdə bizə vəd olunan mənzərənin əksi idi...
Qafqazinfo novoteka.ru-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi məlumat yayıb. Ölənlərin konkret sayının 4173 nəfər olduğu bildirilir. Xatırladaq ki, sentyabrın 25-də Məkkədəki Mina dağında yaranmış izdiham nəticəsində yüzlərlə şəxs ayaq altında qalmışdı. Ölənlərdən əksəriyyəti Afrika ölkələri vətəndaşları idi. Mərhumların arasında 239 iranlı zəvvar da olub.
"Ey iman gətirənlər!
Səbir və dua ilə kömək diləyin. Çünki Allah səbr edənlərlədir. Bəqərə,153.
De: o gün insan deyəcəkdir: "Hara qaçaq?"g Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaqg O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır... O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir... O gün neçə-neçə üzlər də tutulub qaralacaq... (Qiyamət surəsi).
O gün gözlər qorxudan dolacaq, Ay tutulacaq, Günəşlə Ay bir-birinə qarışacaq...
Bu hadisəni təsadüf də adlandıran oldu, terror da. Terror faktına daha çox yaxın olduğu üç qapının eyni anda bağlanıb bircə qapının açıq saxlanması və kran aşarkən dindarların çıxmağa yer tapmaması əvvəlcədən düşünülmüş planın detalları idi...
Kral oğlunun kortecinin ziyarətə gəlməsi isə imandan fərqli olaraq qudurğanlığın nümunəsi idi. Kral oğluna görə Həcc ziyarətində olanların hərəkətinin məhdudlaşdırılması isə nə imana, şəriətə, nə qanuna sığan bir şey deyildi. Çünki Allah yanında varlı, kasıb, kral, rəiyyət ayrı-seçkiliyi yoxdu və kral oğlunun Şeytana maşınından daş atması da qəbuledilməzdir. Allahın yaratdığı onun hüzuruna ayaqyalın, ehramda gəlməlidi. Bu yerdə bir lətifəni xatırladım: Məmləkətdə Tofiq adlı bir nadürüst adam olur. Dünyadakı əməlləri şeytanın əməllərindən heç də geri qalmır. Bir gün bu da müxtəlif haram yollarla əldə etdiyi pulla Həccə getmək fikrinə düşür. Şeytan daşlama mərasimində milyonların daşqalağına dözən şeytan Tofiqi görəndə dözməyib başını çıxarır: Ayə, sən də mənə daş atırsan? Sənin ki, əməllərin mənimkiləri kölgədə qoyur!
Bəli, əməlləri ilə, əxlaqı, ədəbi, tərbiyəsi, imanı ilə bu ziyarətə gedənlər Allahın sevdiyi qullarıdı. Allah iman gətirən hər kəsi bu arzusuna qovuşdursun, ziyarətlərini qəbul etsin, inşaallah! Amma imandan xəbərsiz, Allahını dərk eləməyən, min cür pisliklərə səbəb olan, ev yıxan, yetim malı yeyən, qeybət, böhtan peşəsi olan, caduyla, tilsimlə məşğul olanların... Həccə getdiyini eşidəndə mat-məəttəl qalırsan. Onlar nə üzlə yola çıxırlar? Allahdan qorxmurlarmı, etdikləri əməllərinə görə? Bəlkə bütün bu günahlarının orada təmizlənəcəyini düşünürlər. Yəni, günah etdiklərini anlayırlarmı görəsən?
Ədəb, həya, iman əldən getdisə, hər şey əldən getdi, deməkdi. İmanlı bir şəxs heç vaxt öz şəhvətinə məğlub olmaz və qarnı onun rüsvayçılığına səbəb olmaz. Ancaq şəhvətinin güdazına verdiyi gəncəcik qızların maddi ehtiyacından istifadə edərək onların həyatını alt-üst edən pullu əclafların Həccə yollandığını görəndə dünyanın sonunun yaxınlaşdığına şübhən qalmır. Onsuz Qiyamət gününün əlamətlərini tez-tez həyatımızın hər anında görməkdəyik.


İman nədir?

İman, bildirilən altı əsasa inanmaq və Allah-təala tərəfindən bildirilən, Məhəmməd əleyhissəlamın Allah-təala tərəfindən gətirdiyi əmr və yasaqların hamısına inanmaq və inandığını dil ilə söyləmək deməkdir.
İman, Məhəmməd əleyhissəlamın, Peyğəmbər olaraq bildirdiyi dini, ağıla, təcrübəyə və fəlsəfəyə uygun olub olmadığına baxmadan təsdiq etmək, yəni qəbul edib, bəyənib, inanmaqdır.
İman; Allaha, mələklərə, kitablara, peyğəmbərlərə, axirət gününə, (yəni, Qiyamətə, Cənnətə, Cəhənnəmə, hesaba, mizana), qədərə, xeyirin və şərin Allahdan olduğuna, ölümə, öldükdən sonra dirilməyə inanmaqdır. Allahdan başqa ilah olmadığına və Məhəmmədin(s.ə.s) Onun qulu və rəsulu olduğuna şəhadət etmekdir.
Kuranı- kərimdə buyurulur ki: Əsl yaxşılıq Allaha, axirətə, mələklərə, kitablara, nəbilərə inanmaqdır. Bəqərə 177.
Burdan belə görünür ki, içində iman varsa, insan özünü Allaha həvalə etməliydi, daha bir-birini əzib keçməli deyildi. Həcc ərəfəsində hətta bir milçəyi, ağcaqanadı belə öldürsən, boynuna düşən qurbandan əlavə bir qurban daha kəsməlisən. Amma insan əzdilər, özü dörd mindən çox insanı...
Müsibətlər - mükafatın açarlarıdır. O kəsə ki, müsibət çatar, Allah Təala tərəfindən olan mükafatı - behiştdir. Allah möminin pisliyini istəməz. Sizin dünyadakı narahatlığınızın mükafatı - əbədi dünyadadır. Bu mükafat o qədər böyükdür ki, əgər mömin bilsyədi, arzu edərdi ki, onu qayçı ilə doğrasınlar.Səbirsizlik müsibətin əcrini aradan aparar. Hətta hədislər buyurur ki, əgər müsibət görən insan əlini dizinə vursa və ya sağ əlini sol əlinin üstündə kilidləsə, müsibətin əcrindən məhrum olar.
Hər il Həcc ziyarətinə sərf olunan milyonların antimüsəlman təbliğatına xərcləndiyi, bu milyonların "vəhhabilərin" əlində olduğu barədə yazılanlara inansaq, Allahın biz müsəlmanlara vacib buyurduğu bu ziyarətə getməyinmi, imtina etməyinmi doğru olduğunu ayırd edə bilmirsən. Hər il orada kəsilən milyonlarla qurbanların haraya sərf olunduğu haqda da məlumat yoxdu. Bəlkə də var. O qurbanlarla, məsələn ac qitəni - Afrikanı il boyu aclıqdan xilas etmək olar. Müsəlmançılığın da məğzi, amalı belə işlərdi. Olsun ki, o da xain məqsədlər üçün xərclənir. Dondurulub saxlansa, yalnız Səudiyyə Ərəbistanını deyil, Afrikanı da il boyu ətlə təmin etmək olar...
Axirət əlamətlərinin çox nümunəsi açıq-aşkar görünməkdədir. Allahın yaratdığı insanın Allahın evində, Onun göndərdiyi dinin icrasındakı belə imansızlıqlar da bu əlamətlərdən böyük biridir.
Eşitdim ki, Dərbənddən Həcc ziyarətinə gedənlər üçün bilet 2100 dollar, Türkiyədən 3500 dollar, o cümlədən başqa ölkələrdən uyğun qiymətlərdir. Nədən bizdə 5000 dollar olduğunun səbəbini bilən varmı? Bəlkə ona görə ki, artıq Azərbaycanda güclü "hacılaşma" gedir və bunun qarşısını almaq üçündü bu bahalıq? (Bu barədə təcrübəmiz var axı, maşınlar çoxalıb, sıxlıq yaratdıqca avtomobilin də, "prava"nın da qiyməti bahalanır. Sürücü vəsiqəsi olmadan da avtomobil idarə etmək mümkündü, çünki pulnan alınan vəsiqəylə vəsiqəsizin təcrübədə heç fərqi yoxdu). Bunu elə-belə yazmadım, çünki bizdə pulu olanlar hər ehtiyacını düzəldəndən sonra(?!) Həccə yola düşürlər. Və bu, kütləvi surətdə hacılaşmanın nə imanın artmasına, nə əxlaqa, nə dinə təsirini görmürük. Həccə imansız gedənlər imansız da dönrülər!!!
Hər il Həcc ziyarətinə getməyə vərdiş etmiş, "həm ziyarət, həm ticarət" ifadəsinin ikinci hissəsinə daha çox üstünlük verib bu ziyarəti kommersiya məqsədinə döndərən, Hacı "titulu"na sahiblənib hörmətli olacağını düşünən zavallılar, kimi aldadırlar, ada görə olan hörmət yaxından tanıyana qədər olacaq. Ən əsası isə, o ziyarətləri Allah qəbul etməlidir, insanların qəbul etməsinin heç bir faydası yoxdur.
Bu ziyarətin bizdə təşkili isə başqa həngamədir.
Həcc ziyarətində olan Qurban Məmmədov Ciddə aeroportunda gördüklərindən dəhşətə gəlib və ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsi nümayəndələrinin yarıtmazlığının fəsadlarından bəhs edib. "...Təyyarə olmaya bilər, ancaq zəvvarlara xidmət göstərmək, ən azından su ilə təmin etmək vətəndaşlardan 5000 dollar alan Qafqaz Müsəlmanları İdarəsinin vəzifəsidir".
Allahım, iman ilə özümüzü, həya ilə üzümüzü, ədəb ilə sözümüzü, Qurani-Kərim ilə ömrümüzü xeyirli eylə! Amin!






YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-11-22
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK