hacklink Adalet.az | ALTAYDAN QAFQAZA Adalet.az | ALTAYDAN QAFQAZA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ALTAYDAN QAFQAZA

161721    |   2015-08-29 08:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycana 1988-ci ildə ilk dəfə getdiyimdə yaşadığım və ömrümün mənə görə ən mənalı olan o günlərinin davamını 2004-cü ildə Təbrizdə on dörd gün, 2015-ci ildə də Dağlıq Altayda olduğum on gün doyunca yaşadım. Gözəl və xoşbəxt günlərin ömrü qısa olur deyirlər. Bir yöndən baxanda düzdür, ancaq mənə görə ikinci yönündən yox. Fiziki olaraq onlar qısa çəkə bilər, ancaq o günlərin hər anı ömürlərə də bədəl ola bilir. Azərbaycana ilk dəfə qədəm qoyarkən, Qırmızı Körpünü keçər-keçməz Kürün yaxınlığında maşını saxlatmış və qaçaraq özümü çaya çatdırıb ovuclayıb çirkli suyundan içmişdim.
Kəndimizdə Kür Çayından keçənlərdə qeyri-adi ilahi bir güc olduğuna inanır, ondan keçənlərə ayrı gözlə baxırdılar. Atam da Kürdən dəfələrlə keçmiş bir insandı. Hansı uşağın və ya kəsin boğazı gəlsə gəlib atamı çağırır və "əli əmi boğazım gəlib onu sığallayıb müalicə et" deyir, atam da onların boğazını sığallayıb, bir-iki dua oxuyub, yollayırdı. Qəribədir o şəxslərin problemi gün ərzində aradan gedirdi. Kəndimizdəki düşüncəyə görə "əgər Kür Çayı Azərbaycana sarı axırsa, deməli, onda nəsə ilahi bir qüdrət və güc var, onun üstündən keçən insanlar da həmin gücə və qüdrətə yiyələnir, bu da Allah vergisi kimi bir şəydi".
O vaxt Azərbaycan torpağına qədəm basdıqda qeyri-adi bir atmosferə qərq olmuşdum. Həmin duyğuları Təbrizə daxil olarkən də yaşamışdım və Dağlıq Altay torpağına ayaq basarkən də yaşadım. Bu üç məkanda keçən günlərimin hər anı mənə min ömürdən də artıq ömür bağışladı desəm heç kəs məni qınamasın və bu sözlərimi ayrı cür dəyərləndirməsin.
İyun ayının ikisi günü artıq ayrılıq günü gəlib-çatdığından Altay Vest adlı sənatoriyadan ayrıldıq. Dostum Namiq Hüseynovun tutduğu bir maşınla Novosibirskə yönəldik və axşam saat doqquz radələrində ora çatdıq. Namiq bəylə dostu Ərəstun bizdən ayrılıb Surquta gedəcəkdi, mən və Əhməd Oğuz isə Moskvaya, ordan da Qafqaza.
Dostum əziz Məmmədovla Bakıda görüşdükdə bizə demişdi ki, Dağlıq Altaydan qayıdanda gəlin Vladiqafqaza bir neçə gün də Qafqazın gözəl yərlərində dincəlin, mən sizi Bakıya yola salaram. Dağlıq Altaydan ayrılmazdan dörd gün qabaq Əhmədə zəng edib bizə bilət aldığını və Moskvaya, ordan da Vinvoda gəlməmizi söylədi, biz də işlərimizi ona görə tənzimlədik.
Namiqlə Ərəstunun təyyarəsi gecə saat 11-də, bizimki isə səhər saat beşdə idi. Dostlarımızla görüşüb ayrıldıq və yüklərimizi çəkib çamadanları tənzimləyərək gözləməyə başladıq. Havalimanında Qazax, Özbək, Qırğız və digər xalqlardan da sərnişinlər vardı. Əhməd Oğuz pasportlarımızı götürüb saat neçədə yüklərin qəbul olunacağını və hansı qapıdan təyyarəyə daxil olacağımızı soruşmaq üçün getdi. Yanımda qıyıq gözlü biri oturmuşdu, ona "Qazaxıstan, yoxsa Qırğız?" deyə sual verdikdə, "Qırğızam" dedi. Mən Azərbaycan Türkcəsiylə, "hardan gəlib hara gedirsiniz?" dedikdə bu dəfə rus dilində cavab verdi. "Niyə Qırğız Türkcəsində danışmırsan" desəm də yenə rusca bir şeylər söylədi, mən də əl çəkdim.
Rus hakimiyyəti Türküstan (Orta Asiya) bölgəsindəki bacı-qardaşlarımıza mədəni yöndən dəhşətli zərbələr endirib. Onların öz mənliklərinə qayıtması üçün xüsusilə Türkiyənin və Azərbaycanın boynuna həddən artıq böyük məsuliyyət düşür. Əzəli və əbədi bu iki qardaş Türk dövləti öz dövlətlərinin və xalqlarının problemlərini də həll etməyə məhkumdu, Türküstandakı və Sibirdəki xalqlarımızın problemini də...g
Böyüklük potansial canlı qüvvə və iqtisadiyyatla ölçülsə də böyüklük mənimsənən ideya və milli mənlik şuuruyla sıx bağlıdı. Dövlətlərin də, insanların da uğurları mənimsədikləri ideyadan asılıdı.
Anadolu coğrafiyasında yaşayan Türklər, Türkün kim olduğunu başda Avropa olmaqla dünya xalqlarına yaxşıca öyrətdi. Osmanlı İmperiyasını yaradan Osmanlı Bəyliyi, Anadoluda Səlcuq İmperiyasının tənəzzülü sonrasında yaranmış 12 bəylik arasında bəlkə də ən kiçik olanıydı, ancaq Osmanlı Bəyliyi Oğuz dövründən cilalana-cilalana gələn Türk dövlət gələnəyini özündə hifz etmiş və mənimsəmiş bir bəylikdi. Ona görə də ətrafda olan bütün bəylikləri özün tabe etdi və 629 il davam edən nəhəng bir imperiya yaratdı. Osmanlı İmperiyası, dünya tarixinə 376 il davam edən yeganə hökmran dövlət və ən qüdrətli güc kimi öz şərəfli imzasını atdı. Belə bir qüdrət, dünyanın heç bir xalqına və dövlətinə qismət olmayıb. Türkiyə, Osmanlının davamıdı və on min illərin Türk dövlət gələnəyini özlüyündə saxlayıb.
Azərbaycan da Osmanlı İmperiyasının tənəzzülü dövründə Anadolu coğrafiyasına Əli bəy Hüsəynzadə kimi Türk tarixinin şərəfli bir ideoloqunu bəxş etmiş və Türkiyə Cümhuriyyətinin yaranmasında özünün qardaşlıq töhfəsini təqdim etmişdi.
Mən bu düşüncədən çıxış edərək Türkiyə və Azərbaycan dövlətlərinin digərlərinə nisbətlə ayrı cür fikirləşməyə, yeni bir qardaşlıq strategiyasıyla addım atmağa məcbur olduqlarını xüsusilə vurğulamaq istəyirəm. Səbəbi də, hər iki dövlətdən biri Yaxın Şərqdə, Orta Şərqdə və Balkanlarda, digəri də Qafqazda böyük bir qüdrət və güc sahibi olmasıdı.
Səlib yürüşlərini fikirləşib həyata keçirənlər 11-ci əsrdən bəri öz əqidələrindən əl çəkməyiblər və malik olduqları hər cürə imkanla bizə hücum çəkirlər, çəkəcəklər. İslam coğrafiyası dediyimiz bölgələrdə müsəlmanlar bir-birini qırır və cəhalət qoxuyan bu atmosferdə onların ayıq fikirlə düşünmələrini gözləmək bir az sadəlövhlük olar. Anadolu coğrafiyasında yaradılan terror aktları, Azərbaycanda törədilən Xocalı Soyqırımı və Azərbaycan torpaqlarının işğalı, İŞİD, Hizbullah, Əl Fəth, ASALA, PKK, Şiə-Sünnü ayrımçılığı və buna oxşar nə varsa hamısı Səlib Yürüşlərinin davamıdı.
Ey ulu xalqlarımız, artıq oyanmaq vaxtı deyil???





YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK