deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "SAAT SƏSİ" Adalet.az | "SAAT SƏSİ" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"SAAT SƏSİ"

8078    |   2015-06-17 08:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əlirza Həsrətin könül pıçıltıları

Mən Əlirza müəllimi həyatda cəmi bir neçə dəfə üzbəüz görmüşəm, qarşılaşıb hal-xoş etmişik. Amma onun özündən çox-çox öncə şeirlərini tanımışam. Dövrü mətbuatda, ekranda, efirdə həmkarımın bir-birindən maraqlı, ürəyəyatımlı misralarını dinləmişəm. Hər dəfə də mənə elə gəlib ki, Əlirza Həsrət sözü zaman, vaxta görə o qədər dəqiq ölçüb-biçir ki, sanki saatın mexanizmlərini işə salmağa hazırlaşır. İstəyir ki, hər şey zamanda səsləşin, hər söz, hər misra zamanın səsinə səs verə bilsin...
Bir neçə həftə bundan öncə nəşriyyatın poçtundan ünvanıma bir məktub gəldiyini söylədilər və onu da vurğuladılar ki, məktub birbaşa mənim özümədi, redaksiyaya deyil. Ona görə də adət etdiyim oxucu məktublarından fərqli olaraq bu məktubla tanış olmaq marağım, həvəsim artdı. Sonra o məktubu mənə çatdırdılar. "Ədalət"ə gələn məktubları qeydə alan çox hörmətli Gülər xanım qalın bir məktubu stolumun üstünə qoyub dedi:
- Əbülfət müəllim, bu şəxsən sizə çatacaq.
Məktubu aldım, açdım və üz qabığı çox nəfis şəkildə işlənmiş bir kitabı, yəni "Saat səsi"ni açıb öncə sağa-sola vərəqlədim. Düzünü deyim ki, avtoqraf axtarırdım. Amma Əlirza Həsrət bu kitabına bir vergüllük də olsa avtoqraf yazmamışdı. Görünür, bu da onun bir üslubudu. Mən də elə həmin üsluba rəğmən xoşuma gələn kitablar barəsində nöqtə-vergülü yerində olan yazılar yazıram. Bu kitab da həmin siyahıda olduğu elə ilk şeirlərdən mənə özünü tanıtdı, özünü təqdim etdi. Və mən də "Saat səsi"ni artıq bir oxucu kimi mutaliə etməyə başladım.
Oxuculara xatırladım ki, kitab "Adiloğlu" nəşriyyatında Vaqif Yusiflinin və professor İsa Qayacanın yazdıqları qısa, amma məzmunlu təqdimatlarla işıq üzü görüb. Və kitabdakı bütün şeirlər də sanki bir muncuq kimi ardıcıllıqla düzülüb. Adətən kitablarda mövzulara görə fəsillər olur, bölmələr ayrılır. Amma bu kitabda şeirlər bir-birini həm tamamlayır, həm də davam etdirir. Ona görə də müəllif bu kitabda oxucunun hansısa konkret bölüm qarşısında qoymayıb. Sadəcə, pıçıltılarına Vətənlə başlayıb ürəklə başa çatdırıbdı. Yəni:

Bir ayrılıq çeşməsidir,
Gözümdəki su qürbətdə.
Əcəb Vətən dadı verir,
Gördüyüm yuxu qürbətdə.

Bu, Vətənlə başlayan şeirin ilk bəndidi. Ondan sonra şair həm vətənin, həm onun təbiətinin, coğrafiyasının, adamlarının bir silsiləsini yaradır, onların hər biri barəsində ürəyindəki ən həzin duyğunu, istəyi pıçıltı şəklində misraya, sözə çevirir və yazır:

Sənə açım qəlbimi,
Ürəyində sirr elə.
Gözlərimi dilə tut,
Yaxanda əsir elə.

Və yaxud:

Arazın suyu dərin,
Gəl içək, sərin-sərin.
Ürəyim sevənlərin,
Qoy olsun sülhün yeri.

Və yaxud:

Bir ocaq qalayfb dost sevgisindən,
Ürək isidirəm xeyirdə, şərdə.
Girmişəm qoluna uşaqlığımın,
Dost yeri tutmağa xatirələrdə.

Bəli, sizlərə müəyyən bəndləri təqdim etdiyim bu şeirlərin adı, ifadə etdiyi məna və məram fərqli olsa da, bunların hamısının mayası şairin ürəyidi, onun ürəyinin hərarətidi, ürəyinin ifadəsidi. Ona görə də bu şeirləri bir-birindən ayırmaq heç də asan deyil. Öncədən dediyim kimi daha çox pıçıltıların bir-birinə qoşulub həzin nəğməyə çevrilməsidi. Və oxucu da həmin pıçıltıların ona çalındığı laylay olduğuna, onun ruhuna səslənən şeh olduğuna zənnimcə çox rahatlıqla inanır və həm də bu inama könüllü şəkildə özünü təslim edir. Təsəvvür edin ki, biz oxucuları bu cür ustalıqla ələ alan şair özü də həmin duyğuların girovuna çevrilir və bunu da etiraf etmək zorunda qalır. Yazır ki:

Açıb pəncərəmi qar işığına,
Ahını üstünə çəkdim evimin.
Başımı aldadıb xatirələrlə-
Son varaq yerini öpdüm təqvimin.

Və yaxud:

Məni sevdiklərim adam elədi,
Yalan söyləməz ki, dilim bu yaşda.
Bu yolun hər başı divanəlikdi,
Sevməyə nə var ki, gülüm, bu yaşda.

Bir-birindən maraqlı, necə deyərlər, həm təsvir, həm də tərənnüm üzərində səslənən bu pıçıltılar şəxsən bir oxucu kimi mənim gözlərim önündə danışan rəsmlərin kinolenti kimi gəlib keçir. Elə bilirəm ki, şeirin qəhrəmanları özləri mənimlə danışırlar. Çünki:

Qayığ gözlərimdə gecələməyə,
Gözümdə yolların itən hayı var.
Qayıt, üzünə tut tənhalığını,
Görsünlər ruhunun bədən payı var.

Və yaxud:

Pöhrəsidir hər ahın, bu koğuşun,
Bu koğuş da olsun sənin ağuşun.
Xoş halına bizi tutan yağışın,
Üstümüzdə buludlardan çətir var.

Və yaxud:

Ürəyimə düşən sevda
Elə bil ada yeridir.
Gözlərini çəkən ola-
Düşəsən, oda, yeridir.

Ayrılığa qəm elçisi,
Yox qədəri, yox ölçüsü.
Gözlərim həsrət yolçusu,
Ürəyim vida yeridir.
Bu nə kələf, bu nə düyün
Ürəkdi qəmə hördüyüm.
Gözümün üstə yer verdiyim,
Düşüb piyada yeridi...

Bəli, mən Əlirza Həsrətin "Saat səsi" kitabını bir pıçıltı kimi dinlədim və o pıçıltıların altında müəyyən duyğularla qol-boyun qaldım. Elə bildim ki, bu pıçıltıların hardasa mənim ürək səsimlə dostluğu, qohumluğu da var. Ona görə mənə bu qədər doğma gəlir. Təbii ki, söz adamları ruhən doğmadılar, bunu hər kəs bilir. Mən də bildiyimin təkrar şahidinə çevrildim. Ona görə də Əlirza Həsrətə, yəni "Saat səsi"nin müəllifinə adıma göndərdiyi kitaba görə təşəkkürümü bildirir və ona yeni uğurlar arzu edirəm.
Və nəhayət, bu əlboyda yazının sonunda bir cümləmə, bir fikrimə qayıdıram. Öncə xatırlatmışdım ki, kitab Vətənlə başlayıb ürəklə tamamlanır. Deməli, Vətənlə bağlı pıçıltıdan sizə də bir balaca işarə vura bilmişdim. İndi növbə kitabın tamamlandığı, daha doğrusu, şeirlərin vətəndən ürəyə gəlib ürəkdə bitdiyi yerindi. Yəni:

Sanki el-obası köçüb getmiş diyaram,
Gəl tut ovuclarını, qürbət damır bu yaram,
Yaşanmış günlərimə karvanbaşı zəvvaram-
Ürək nəzir qoymağa sən də pirimsən elə.

Bəli, diqqətli oxucular, xüsusilə təzə ruhu pıçıltılar dinləmək istəyənlər yəqin ki, "Saat səsi"ni axtarıb arayacaqlar.


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK