viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | DOLAB Adalet.az | DOLAB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DOLAB

Sirlərimin ünvanı

28720    |   2011-11-12 07:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həkim çarpayını göstərdi. Adət etmiş bəzi insanlar kimi pencəyimi, köynəyimi, hətta ayaqqabılarımı çıxarıb uzandım çarpayıya. Tibb bacısı bir-birinə dolaşmış şunurları sağa-sola ayıra-ayıra rezinə bərkidilmiş lövhələri bədənimin müxtəlif yerlərinə yapışdırdı. Anladım ki, həkim kardioqramı çıxarır. Burda bir zarafat edim. Hərdən elə həkimlər olur ki, ya da tibb bacıları, istəyirsən bütün günü ürəyinlə oynasınlar, səsinə QULAQ assınlar. Amma hardadı məndə o bəxt. Həkim kişi, tibb bacısı da ki... Nə isə...
   
   Mobil telefonum susmurdu. Həkim narazı-narazı başını buladı. Neyləyə bilərdim ki. Axırı kordioqrama çəkilişini dayandırıb bir az əsəbi şəkildə dedi:
   
   - Telefona cavab verin, sonra işimizi görək.
   
   Telefonu açdım:
   
   - Eşidirəm.
   
   - Salam, Əbülfət müəllim. Necəsiniz, uşaqlar, nəvələr necədi?
   
   Susdum. Sonra özümü cəmləyib:
   
   - Sağ olun, yaxşıyıq - dedim. Və öz-özümə fikirləşdim ki, bu canıyananlıqla hal-xoş edən görəsən kimdi? Niyə tanımadım onu? Axı o yaxın adam olsa bilərdi ki, mən hələ övlad toyu eləməmişəm. Elə toyla bağlı düşünürdüm ki, bayaqdan susub - kiriməyən həmin səsin sahibi telefonun imkanlarından istifadə edib az qala qışqıra-qışqıra:
   
   - Deyəsən tanımadın. Nəşriyyata gələndə sizlə liftlə birlikdə qalxdıq, məni Aqil müəllimin otağına qədər ötürdünüz. Yadınıza düşdü?
   
   Daha deməyə söz tapa bilmirdim. Odur ki, əsəbimi boğub bir təhər cavab verdim:
   
   - Hə, eşidirəm.
   
   - İki gündən sonra qızımın toyudu. Sizin də, Aqil müəllimin də dəvətnaməsi məndədi. Nəşriyyata gəlmişdim, dedilər bayram günüdü, işləmirsiniz. İndi bilmirəm dəvətnamələri sizə necə çatdırım. Nömrənizi də polisdən almışam. Mümkünsə Aqil müəllimin də nömrəsini mənə deyin.
   
   Birtəhər səbrimi cilovlayıb başımın üstündə dayanmış həkimin narazı baxışları altında ona cavab verirəm:
   
   - Bilirsiniz, mən xəstəxanadayam, müalicə olunuram. Allah xoşbəxt eləsin! Bağışlayın ki, iştirak edə bilməyəcəm. O ki, qaldı Aqil müəllimə, onun yeni nömrəsi məndə yoxdu. İşdi, öyrənsəniz mənə də çatdırarsınız...
   
   Səsimin tonundan həmsöhbətim nə tutdusa deyə bilmərəm, sağolsuz telefonu qapatdı. Elə mən də telefonu tam söndürdüm. Etdiyim bu əsəbi hərəkət həkimin də diqqətindən yayınmadı. Sonra öz işini başa çatdıraraq dərmanları yazıb məni yola salanda özünəməxsus bir təmkinlə dedi:
   
   - Çalışın əsəblərinizi qoruyun. Ən azı ürəyinizin xətrinə. Yoxsa vəziyyətiniz o qədər də ürəkaçan olmayacaq.
   
   Sağollaşıb çıxdım. Pencəyimin ciblərini axtardım. Yaxşı ki, dərmanlarım cibimdə idi. Uşaq ağzına noğul atdığı kimi dərmanı əsəbi şəkildə ağzıma atdım. Guya bununla hər şey düzəldi. Amma çətin...
   
   Əyləşdim yazı masamın arxasında. Həkimin yanında yaşadığım əsəbin sarsıntısı hələ canımdan çıxmamışdı, elə hey düşünürdüm. Doğrudanmı, liftdə, dəhlizdə, çayxanada, avtobusda, lap elə metroda yanaşı addımladığım hər kəsi toya çağırmaq olar? Bu nə qədər məntiqə uyğundur? Bu nə qədər əxlaqa cavab verən haldı? Bilmirəm. Amma bircə onu bilirəm ki, bu cür hallar indi ayaq tutub yeriyir. Hazır dəvətnamələr, hazır dualar, hazır təbriklər və s. Necə deyərlər, hazır tostlar...
   
   Elə bu düşüncələrin məni çəkib apardığı nöqtədə yadıma nə vaxtsa yazdığım misralar düşdü. O misralar ki, yaxınların, içimdən xəbəri olmayıb çölümə qiymət verənlərin bəxtəvər nəzərləri altında ağrı-acıyla, sevinc-kədərlə bölüşdüyüm ömrün nüanslarını onlara hopdurmuşdum. Və mən həmin misralarda demişdim:
   
   
   
   düşünmə ki,
   
   fərqli
   
   həyatım var,
   
   hər şey
   
   baş verir
   
   mən istəyəndə
   
   səhərim-
   
   istəyimlə açılır
   
   günəşim-
   
   qürub edir-
   
   mən deyəndə!
   
   hətta
   
   quşlar da
   
   mən istəyən nəğməni oxuyur
   
   kəpənəklər
   
   cırcıramalar da
   
   üstəlik
   
   hörümçəklər də
   
   arzuma uyğun
   
   torunu toxuyub...
   
   düşünmə ki,
   
   əzabsız, qayğısız
   
   ağrısız-acısız
   
   başdan-başa
   
   sevincli, nəşəli
   
   süsənli, bənövşəli
   
   ömür yaşayıram...
   
   yox!-
   
   bütün bunlar
   
   və digər xəyallar
   
   yalnış düşüncədi
   
   amma,
   
   bil və
   
   düşün ki, sadəcə
   
   mənim
   
   fərqli həyatım
   
   bütün olub-olacaqlarla-
   
   mənim ürəyimcədi!
   
   hər günü doğma sayıb
   
   hər anı əziz tutub
   
   yaşayır bu ömrü
   
   ətrafdakı
   
   təmtarağı
   
   acgözlüyü
   
   hərisliyi unudub!..
   
   
   
   ***
   
   
   
   Yazı stolumun dolabını çəkirəm. Qələm-kağız axtarmaq üçün yox, dərman götürmək üçün. Bir çoxunu orda gizlətimişəm. Evdəkilər tez-tez dərman içdiyimi görəndə narahat olurlar. Ona görə də həkimin yazdığı ən vacib dərmanları dolabda, ağ vərəqlərin altında saxlayıram. Axtardığım dərman qurtarmaq üzrədi. Cəmi iki ədəd qalıb. Deməli, tədarük görmək lazımdı. Çünki bu dərmanlar hələ uzun müddət mənim həyatımda olacaq. Və mən də onun acılığını bal kimi qəbul etməyə məhkumam. Neyləyək, Allahın məsləhəti belədi...
   
   Vərəqlərin arasında girinc olmuşam. Axtardığım yazını tapa bilmirəm. Xeyli vaxtdı ki, nəyi hara qoyduğumu unutmuşam. Baş qarışıb. İndi qayıtmışam vərəqlərin, qələmin yanına. Ona görə də xatırlaya bilmirəm hansı yazı, hansı misra hansı vərəqdə, hansı dolabdadı. Axtardığımı tapa bilməyəndə də özümdən asılı olmadan hövsələdən çıxıram. Gözümə görünən hər kəsi acılamağa başlayıram. Məhz buna görə də heç kim ətrafımda dolanmır. Necə deyərlər, cin atından düşüm. Amma axtardığımı tapmayınca bu atdan düşmək mənim üçün əsl məşəqqətdi. Onun bircə yolu var. Bu da ən doğma, ən səmimi ürək dostunun, qəlb sirdaşının ya telenfon zəngi, ya da qəfil gəlişidi. Bax, belə məqamda elə bil üfürülmüş şara iynə sancılır. Və mən də qayıdıram öz adamlıq halıma. O cin də gedir işinin dalınca, onun atı da...
   
   Bəli, axtarıram, tapmıram, zəng də gəlmir, qapı döyən də yoxdu. Bu məni bir az da özümdən çıxarır. Deməli, unuduluram, deməli, yaddan çıxıram. Nə qəribə dünyadı bu... Axı insan beş gün göz önündə olmayanda necə unudula bilər? Bəs dostluq, qardaşlıq, səmimiyyət, könül bağlılığı? Bir sözlə, bəs insanlıq? Yəni hər şey bu qədərmi sadədi? Bu qədərmi adidi? Gözümün qabağındasansa varsan, gözümdən uzaqdasansa deməli, yoxsan. Əgər bu günümüzün gerçək üzüdürsə, nəyimə gərəkdi belə gün, belə gerçəklik. Axı yaşanan illər, günlər, aylar var. Onların üstündən xətt çəkmək, onları tarixin toz basmış, qıfılları paslanmış arxivinə necə rahatlıqla atmaq olar?
   
   Bilmirəm, suallar məni bir az da qızışdırır, bir az da özümdən çıxarır. Əlimi telefona uzadıram. Zəng vurmaq, özümə doğma bildiyim insanlara yaşadığımı deyib onları acılamaq, onlarla xudahafizləşmək istəyirəm. Amma yox! Mənim bu hərəkətim yüngüllük sayılar, düşüklük kimi görünər. Qoy onlar bildiyi kimi olsun. Qoy unudulum, qoy yaddan çıxım. Onsuz da bu dünya unuda-unuda milyon illərdi ki, bir nöqtədə dayanıb. Bircə unudulmayan və unutmayanlar. Unudulmayan Allahımızdı!!! Unutmayan sevənimiz, sevdiyimizdi!!! Deməli, yaşamağa dəyər, kim unudur, unutsun...
   
   
   
   bir istək
   
   qıvrılır içimdə
   
   nə özü dincəlir
   
   nə məni qoyur yatmağa...
   
   qalıram
   
   tənha yolçu tək
   
   qıvrılıb
   
   dincəlməyən
   
   istəyin
   
   dağ-aran köçündə...
   
   çıxılmaz
   
   bir durum yaxalayıb məni
   
   ha istəyirəm
   
   gücümü toplayıb
   
   səsləyim səni-
   
   amma ürəyim gəlmir
   
   qıymıram oyatmağa
   
   istəyimi çözmək üçün-
   
   çünki
   
   son gücdən sonda da
   
   sevgi adlı ümid var
   
   dayanıb dözmək üçün!..
   
   ömrü yaşamaq lazımdı
   
   daha çox sevmək üçün...
   
   
   
   ***
   
   
   
   Bu da iş otağı. Çoxdandı qapısına açar salınmayıb. Yazı stolunu toz basıb. Divarlar o qədər qərib gəldi ki, mənə. Bir həsrət, bir nisgil oxudum divarlardan. Daha doğrusu, bu divarlarda hopub qalmış sükutdan... Mənə elə gəldi ki, burada hər şey qəribsəyib, mənim qəribsədiyim kimi. Və mənim gəlişim divarları, yazı masanı, iş otağını silkələyib oyadır. Bir-birinə pıçıldayır ki, fələyin əlindən yaxasını qurtarıb gəldi!.. Qəribədir, bilmirəm, bu qurtuluşdu, yoxsa yox, amma bildiyim bir şey var ki, bu otaqda olanda, bu yazı masasının arxasında əyləşəndə, bu otağın pəncərəsindən Yasamal qəbiristanlığına baxanda, bu otağın divarlarında şəkil yeri gəzəndə, səslər, nəfəslər axataranda mən özümü çox rahat hiss edirəm, çox güclü görürəm. Nəsə var bu otaqda, sehrli nəsə...
   
   
   
   fələk məni dindirir
   
   köhnə tanışı kimi
   
   çöhrəmi isindirir
   
   təzə qırışı kimi.
   
   
   
   mənimlə fikir bölür
   
   sanki içimi görür
   
   üzümə baxıb gülür-
   
   dərdin girişi kimi...
   
   
   
   
   
   xəyallara dalıram
   
   canıma od salıram
   
   buna da mat qalıram-
   
   onun hər işi kimi!
   
   
   
   arxada ağaran iz
   
   öndə yamac, çapıq diz...
   
   hər günü yaşayaq biz-
   
   sevgi görüşü kimi!..
   
   
   
   İş otağındakı dolabı çəkirəm və bir küncü qatlanmış vərəqdə qarşıma çıxan həmin bu misralar mənə özü-özlüyündə hər şeyi pıçıldayır. Mən bu şeirin əvvəlini xəstəxanaya getməmişdən yazmışdım. Onun məndə oyatdığı duyğular maraqlı və həm də kövrək notlarla başa çatdı...
   
   Bilmirəm, siz necə, mənim duyğularımı, hisslərimi anlaya, qiymətəndirə bildiniz, yoxsa yox. Amma mənə elə gəlir ki, sözlə yaşayan, ümumiyyətlə, işinə bağlı olan hər kəs öz sevdiyi işdən aralı düşəndə onun həsrətini, acısını yaşayır. Necə ki, mən yaşadım və necə ki, bir gözündə dərmanlarım, bir gözündə yarımçıq misralarım və qeydlərim olan stolumun dolablarını, otağa daxil olan kimi, həmişəki qaydada bir-bir özümə tərəfə çəkib gözdən keçirdim. Və sonra da astaca dolabları öz yerlərinə qaytardım. Bu həm də mənim vərdişimdi. Elə bu vərdiş də mənim ürək adlanan, əslində həm də ağrı-acı, sevinclə dolu olan sirdaşım, yəni güvənc yeri DOLABım! - yəni ürəyim, salam, necəsən?!


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
SON XƏBƏRLƏR
2019-07-24
2019-07-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK