hacklink Adalet.az | ORTAQ YÖNLƏRİMİZ Adalet.az | ORTAQ YÖNLƏRİMİZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORTAQ YÖNLƏRİMİZ

24642    |   2010-12-11 06:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə ilə Azərbaycan əzəli və əbədi qardaş olan türklərin yaratdığı cümhuriyyətlərdir. Ortaq yönlərimiz, ortaq olmayan yönlərimiz nələrdir, bunu tam mənasıyla başa düşüb, oxşamaz tərəflərimizin mənfi təsirlərini aradan götürmək üçün nələr edirik, ya da etməyə cəhd göstəririk? Bu sualı öz özümə sordum. Cavabı.
   
   Bəli, əzəli qardaşlığımız danılmazdır. 16-cı əsrə kimi ortaq dildə danışırdıq. O vaxtlar İzzəddin Həsənoğlunu, Nəsimini, Qazı Bürhanəddini, Yunis İmrəni, Füzulini hamı aydın şəkildə başa düşürdü. İndi dilimizdə haçalanma var, ona fərq deyə bilərik?! Eyni qibləyə yönəlirik, inam sistemimiz, mənəvi dəyərlərimiz, folklorumuz eynidir, eyni şeylərə ağlayıb, eyni şeylərə gülürük. Birimizin dərdi digərimizin ürəyini yandırıb külə döndərir, sevinci isə daha böyük sevincə səbəb olur. Xülasə, biz bizə oxşayırıq.
   
   Avropa ölkələrinin əksəriyyətini bir başdan bir başa dolandım. Avropanın inkişaf etmiş ölkələrində küçəyə çıxanda yolda gördüyüm insanların yerişi, siması, danışdığı dil, tapındığı dəyərlər, hərəkətləri heç vaxt canımı qızdırmadı, əksinə, Azərbaycana gəldikdə sevincdən ürəyim uçundu, yerə-göyə sığmadım və Bakıya, Təbrizə gedəndə günlərin nə cür sürətlə gəlib keçdiyini başa düşə bilmədim, zaman su kimi axıb getdi... İnsanın sevildiyi və sevdiyi yerdə dünya boyda bir ürəyə malik olmasından, könlünün ayı doğub qar yağmasından daha təbii nə ola bilərə!
   
   Azərbaycanda sənədli filmlər çəkərkən deyilə bilər ki, ölkəni kənd-kənd dolandım. Oralarda kiminlə söhbət elədimsə özümü doğma kəndimizdə hiss etdim. Atamın, anamın, böyüklərimin dünyaya və insana münasibətinin oxşarını bütün detallarıyla həmin kəndlərdə gördüm. Tanınmış şairimiz Yavuz Bülənd Bakilər demişkən, "bir salamımızı min salamla qarşıladılar". Üzləşdiyimiz hər bir Azərbaycan Türkü istisnasız bizi evinə-ocağına heç olmasa bir istəkan çaya qonaq etməyə çağırdı. Bəs Anadolu kəndlisi onlardan fərqlidirmi?! Əsla!
   
   Avropalı birindən bir çöp istəsəniz əvəzində onun pulunu sizdən tələb edər və onu almamış sizə bir spiçka çöpü də verməz. Onsuz da materialist dünyanın imperialist xarakterli insanlarıdır, onlardan hər şey gözlənər.g Onlara da, fikirlərinə də hörmətlə yanaşıram. 1990-cı ildə Almaniyanın Biələfəld şəhərində yolumu azmışdım. Üzləşdiyim bir yaşlı almana ingilis dilində Türkiyədən gəldiyimi, turist olduğumu, gedəcəyim yer üçün mənə köməklik etməsini, yolu göstərməsini xahiş elədim. Adam üzümə elə bir ifadə ilə baxdı ki, üzü qapqara kösöyə döndü, əlindən gəlsə mənə oradaca boğacaqdı. əlini qolunu ölçələyə-ölçələyə deyinib uzaqlaşıb getdi. Mat məəttəl adamın ardınca baxmaqdan savayı heç nə edə bilmədim.
   
   Yaşlı almanın mənə göstərdiyi üzə aşina idim. 1988-ci ildə həyat yoldaşımla Azərbaycana gəlmişdik. Sovetlər Birliyi can üstə idi. Qərbi Azərbaycandakı haylar, oranın əsl yiyəsi olan Azərbaycan Türklərini Rusları da arxalarına alıb etnik təmizliklə dədə-baba yurdlarından çıxardırdı. Atalar, arxalı it qurd basar sözünü yalan yerə deməyib. Bizi dəvət edən dostum mənə dedi ki, ermənilər bizimkiləri sıxışdırır, ordakı bir kəndimizlə Şamaxıda olan bir kəndi dəyişmək istəyirik, sabah ora gedəcəyik istəyirsən sən də gəl. Mən də məmnuniyyətlə qəbul etdim və səhərisi günü həmin kəndə getdik. Bir evə girdik və evin vəziyyətinə baxdıq. Mən onlardan tez çıxdım. Həyətdə dörd ahıl erməni qadını vardı. Mənə, "ara ev xoşunuza gəldi?" deyə sual verdikdə mən, yaxşıdır ancaq əsl onlar bəyənməlidir. Bəs sən onlardan deyilsən, dedilər. Mən də, yox, Türkiyəliyəm, deyə cavab verdim. O anda dördünün də üzünə sanki göydəki bütün qara buludları endirdilər. Bir anın içindəcə hay dilində danışıb mənə kinli nəzərlərlə yan-yan baxıb uzaqlaşıb getdilər. O hay qadınlarıyla Biələfəlddəki yaşlı Almanın Türkə məxsus hissləri arasında o qədər də fərq görmədim. Ancaq Allah var, almanınki biraz daha mülayimdi, ancaq rəftar eyni idi.
   
   Hər bir Azərbaycanlı tanısın ya tanımasın, Anadoludan gəldiyinizi bilən kimi az qala özünü sizə qurban etmək istəyir, pərvanə kimi başınıza dönür. Anadolu kəndlisi fərqlidirmi?! Əsla! Əsrin faciəsi, Xocalı Soyqırımı 366-cı Motoatıcı Rus Alayının rəhbərliyində həyata keçirildikdə Anadoluda yer yerindən oynadı. Türkiyə Türkləri qadınlı qızlı, qocalı-cavanlı əllərinə Azərbaycan və Türkiyə bayraqlarını götürüb küçələrə töküldülər, əsrin soyqırımını həyata keçirənləri lənətlədilər. Bugün isə Türkiyədə hərhansı bir əsgər PKK-lı terrorçular tərəfindən şəhid edilsə hər bir Azərbaycanlı Türk onun izdirabını ürəyinin başında hiss edir.
   
   Biz, bir-birimizdənik və bir-birimizə oxşayırıq. Bəs fərqli tərəflərimizdə var. Təbii ki... Məsələn, əlifbamız eyni olduğu halda hələ də onlarda müəyyən fərqliliklərimiz mövcutdur və bu fərqliliyi hələ də aradan götürə bilmədik. Bilgisayarda işlətdiyimiz klaviaturamız fərqlidir, ordakı hərflərin yeri fərqlidir. Sonra, doxsandoqquz faiz bir-birimizə oxşasaq da içimizdə və çölümüzdə mayalanan mikrobların suyu bulandırmasıyla bir-birimizə şübhəylə baxırıq. Elin araya atdığı böhtanlara baxıb "görəsən deyilənlər düzdür?" deyə fikirləşirik. Məsələn Wikiləaks adlı internet ocağının dünyaya səpələdiyi mikroblarda olduğu kimi.
   
   Doğrudan da, əksər yönümüz bir-birinə oxşadığı halda, fərqli olan cüzi yönlərimizi bir-birinə uydurmaq üçün niyə cəhd göstərmirik?! Məsələn 2007-ci ilin oktyabr ayında Azərbaycan Radiosu ilə ortaq canlı yayımlar apararkən Azərbaycanın Xalq Təhsil Naziri hörmətli Misir Mərdanov bəyanat yayıb demişdi, "Türkiyə ilə orta məktəblərdə ədəbiyyat, dil, tarix, musiqi kimi sahələrdə ortaq dərsliklər hazırlaya bilərik". Aradan üç ildən artıq vaxt ötüb, bu barədə bir arpa boyu yol getmişikmi, bilmirəm?! Hə, diyəsən laqeydlikdə də bir-birimizə oxşayırıq.
   
   Hörmətli dövlət rəhbərlərimiz, dövlət böyüklərimiz, siyasətçilərimiz bir araya gələndə həddən artıq gözəl mesajlar yayırlar, ancaq işlərimiz biraz ləng gedir. Mən indiyə kimi bunun niyə belə olduğunun cavabını tapa bilmədim. Xahiş edirəm, bunların cavabını tapan olsa mənim unvanıma yollasın, onlara minnətdar olaram.g


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK